Məhkəmə qərarları › İş №3(009)-91/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-91/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-91/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X15 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 30 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X9 "xxxx" MMC-nin direktor müavini X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X8 tərəfindən 30 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsilə ona 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən X2 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə və X4 əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdə xitam verildiyi, lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq onlara düşən bütün ödənişlərin tam məbləğdə işdən çıxdıqları sonuncu gün ödənilmədiyi müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar ona poçt vasitəsilə 20 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə görə həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasını əsassız və qanunsuz hesab edir. İnzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir illik müddət keçdikdən sonra inzibati orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Halbuki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu hal inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Onun Cəmiyyətdə tutduğu vəzifənin adı “direktor müavini”dir və əmək müqaviləsi üzrə əmək şəraitinin təmin edilməsi, əmək haqqlarının ödənilməsi və digər öhdəliklərin icra edilməsi onun səlahiyyətlərinə, öhdəliklərinə, vəzifələrinə aid deyil. Əmək müqaviləsində o, işəgötürən deyil. Həmin səlahiyyətlər və öhdəliklər Cəmiyyətin direktoruna aiddir. İşəgötürən isə qanunvericiliyə əsasən hər hansı bir vəzifəli şəxs, o cümlədən direktor müavini deyil, məhz direktordur, yəni Cəmiyyətin rəhbəridir. Beləliklə, həmin inzibati xətanın törədilməsinə onun adiyyəti yoxdur. Odur ki, inzibati orqan tərəfindən direktor müavini olaraq vəzifəli şəxs kimi onun inzibati məsuliyyətə cəlb olunmağı qanunsuzdur. Bu hal da inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin məcəllənin 3-cü maddəsinin 4-cü bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun isə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Göründüyü kimi, əmək müqaviləsini işəgötürən qismində müəssisənin hər hansı bir vəzifəli şəxsi, o cümlədən, direktor müavini deyil, məhz müəssisənin direktoru, yəni rəhbəri imzalayır və əmək müqaviləsi üzrə işçilərin hüquqlarının təmin edilməsi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl edilməsi, əmək şəraitinin təmin edilməsi, o cümlədən, əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi, o cümlədən əmək haqqlarının ödənilməsi, son haqq-hesabın sonuncu iş günü işçiyə verilməsi məhz əmək müqaviləsinin tərəfi olan işəgötürənin, yəni müəssisənin rəhbərinin vəzifəsidir. Digər tərəfdən isə, əmək haqqlarının verilməsinin rəsmiləşdirilməsi (ödəniş tapşırıqlarının imzalanması, bank hesablarına sərəncam verilməsi, müəssisənin hesabında olan pullarının bölüşdürülməsi və s.) müəssisənin rəhbərinin səlahiyyətlərinə aiddir. Digər tərfdən, Cəmiyyətin vəzifəli şəxsi olaraq o, qərarda göstərilmiş qanun pozuntusunu törətməmiş və tərəfindən qanun pozuntusunun törədilməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən inzibati orqana təqdim edilmiş sənədlərlə inzibati xətanın törədilməsi təsdiqini tapmır, X2 və X4 əmək haqqlarının ödənilməsində qanun pozuntularına tərəfindən yol verilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir və inzibati orqan öz mülahizələri əsasında belə bir qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən onun inzibati xəta hadisəsini törtəməyini, yəni təqsirliliyini sübutetmə yükü məhz inzibati orqanın üzərinə düşür və o, öz təqsirsizliyini sübut etməyə borclu deyil. Göründüyü kimi, tərəfindən qanun pozuntusunun törədilməsi inzibati orqanın vəzifəli şəxsi tərəfindən sübuta yetirilməmişdir, qərar əsassız və qanunsuzdur və belə bir qərar qəbul edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prinsipi pozulmuşdur. Bu hal da inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır. İnzibati orqan tərəfindən vəzifəli şəxs olaraq Cəmiyyətin direktoru əvvəllər eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmişdir və ona görə də eyni inzibati xətaya görə Cəmiyyətin digər vəzifəli şəxsi olaraq mənim inzibati məsuliyyətə cəlb edilməyi qanunsuzdur. Beləliklə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir illik müddətin keçməsinə, onun işəgötürən olmamağına və Cəmiyyətin direktor müavini olaraq onun həmin inzibati xətanın törədilməsinə adiyyətinin olmamasına, inzibati xətanın tərəfindən törədilməsinin inzibati orqan tərəfindən sübuta yetirilməməsinə baxmayaraq inzibati orqan tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, ünvan 1 ünvanında yaşayır və odur ki, şikayət vəsatət təqdim edilməklə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilmişdir. Yuxarıdakılara görə, Azərbaycav Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3., 129.1.3., 135-ci maddələrini rəhbər tutaraq, "xxxx" MMC-nin direktor müavini X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X9 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar icraatlar idarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən X3 əmək müqaviləsinə 01 avqust 2022ci il tarixdə və X4 əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdə xitam verildiyi, lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq onlara düşən bütün ödənişlərin tam məbləğdə işdən çıxdıqları sonuncu gün ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madəəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarından göründüyü kimi, X3 əmək müqaviləsinə 01 avqust 2022-ci il tarixdə, X4 əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə, yəni X3 əmək müqaviləsinə xitam verilməsi 01 avqust 2022-ci il tarixdə, X4 əmək müqaviləsinə xitam verilməsi 20 iyul 2022-ci il tarixdə baş vermişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək 4 (dörd) aydan çox müddət keçmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 30 oktyabr 2023-cü il tarixli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilmə müddəti ötürülməklə qəbul edilmişdir. Odur ki, hazırki qərar bir sıra hüquq pozuntuları ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsinə görə İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Eyni zamanda iş materialların görünür ki, X9 "xxxx" MMC-nin direktor müavinidir. X5 və X4 işəgötürənləri deyil. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X6 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar