Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-911/2022 24.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1985-ci ildə Şəki şəhərində anadan olmuş, AR-nın vətəndaşı, Şəki şəhəri, Aşağı Göynük kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 24.05.2022ci il tarixli MNNo1377007 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs X2 döyərək ona sağlamlığına zərərvurmayan xəsarətlər yetirmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı M.Feyzullayev 12.05.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 şikayəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, ona bədən xəsarəti yetirmiş Şəxs adlı şəxs gələcəkdə müəyyən edildikdə onun barəsində AR İXM-nın 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, Zülfiyyəni vurmamışdır, ona xəsarət yetirməmişdir. Hadisə olan günü şahidlər və qonşular da olmuşdur. Məhkəmə iclasında zərərçəkən şəxs X3 ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Şəxs neçə müddətdir ki, onun evinə girib-çıxmağa imkan vermir, bir dəfə onu döydüyü üçün cərimə edilmişdir, bu ona dərs olmamışdır. 23.04.2022-ci il tarixdə saat 14.10 radələrində yaşadığı evdən çıxıb pilləkəndən düşən zaman Mətanət onun yolunu kəsib pilləkəndən asta düşməsini tələb etmiş, o, isə “xoşuna gəlmirsə evi satıb köç” demiş, bu səbəbdən mübahisə baş vermiş, Mətanət onu saçından tutub dartmış, o, həmin yerdən uzaqlaşmış, həmin gün saat 17.20 radələrində evə qayıdan zaman Mətanət onun üstünə hücum çəkib vurmağa başlamışdır və o, xəsarət almışdır. Hadisəni görən heç bir şahid olmamışdır. Onunla barışmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq, inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyərək, hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin əlamətləri mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8-ci PB-nin sahə inspektoru X4 öz ifadəsində göstərmişdir ki, təhqiqatçı tərəfindən araşdırma aparılarkən Şəxs ifadəsi alınması mümkün olmamış, təhqiqatçının çağırışına getməmiş, həmçinin araşdırma zamanı hadisəni görən şahidlərin müəyyən edilməsi halı aşkar edilmədiyindən izahatı almamışdır. Cinayət işinin başlanması rədd edilmə qərarı qəbul edildikdən sonra onun tərəfindən protokol tərtib edilmişdir. İş üzrə AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” Publik hüquqi şəxsin məhkəmə-tibb eksperti Xəlil Abdullayevin 264-ci saylı canlı şəxsin ekspertiza rəyinə əsasən 1982-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin aşağı 1/3-nin arxa səthinin qançırı və sağ əlin V barmağının arxa səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsivri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23.04.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyənin əl ilə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-nın 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə həmin maddənin tərkibi yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, Şəxs zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlər edərək ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapdığından, onun əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə gətirdiyi dəlilləri üzrə məhkəmə hesab edir ki, bu dəlillər özünümüdafiə xarakterli daşımaqla məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə inzibati xəta törədən Şəxsş şəxsiyyətini, yaşını, qadın olmasını, mübahisənin şəxsi münasibətlər zəminində baş verməsini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-911/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-911/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver