Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-915/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" MMC-nin direktoru X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X7 şikayətlə məhkəməyə müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, direktoru olduğu "xxxx" MMC geyimlərin ticarəti ilə məşğul olur və Mango, Next və digər mağazalar şəbəkəsinin sahibidir. Şirkəti tərəfindən işə qəbul olunmazdan əvvəl ticarət sahəsində təcrübəsi olmayan vətəndaşlara 2 həftəlik təmənnasız təlimlər keçirilir. Təlim nəticəsində lazımi bacarıq nümayiş etdirən namizədlər şirkətə işə qəbul olunur. X3 bağlanmış təlim müqaviləsinə əsasən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində şirkətdə qeyd olunan təlimi keçmişdir. Təlim zamanı N.Foruği tələb olunan bilik və bacarıqlarını lazımi səviyyədə göstərmədiyi üçün onun satıcı vəzifəsinə işə qəbul olunmamışdır. Bundan narazı qalan N.Foruği 3 aydan sonra X6 Xidmətinə şikayət etmişdir. DƏMX onun şikayətini əsas götürüb təlim müqaviləsindən irəli gələn mülki-hüquq münasibətlərini əmək münasibətləri kimi qələmə verərək İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsi - yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Cəmiyyətə qarşı xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, vəzifəli şəxs kimi onu tərtib etdiyi xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 4000 (dörd min) manat cərimə elmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Səbail Rayon Məhkəməsi tərəfindən “SSİ Retail" MMC-yə qarşı tərtib olunan protokola baxılaraq təlim müqaviləsi ilə bağlı əməllərində xəta tərkibi olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən həmin protokol üzrə icraata xitam verilmişdir. Əlavə olaraq bildiririk ki, N. Foruğinin ərizəsini nəzərə alaraq, o, "xxxx" MMC-yə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar ona təqdim olunmamış, xx.xx.2022-ci il tarixində DƏMX-nin inzibati binasında şəxsən, imza müqabilində əldə etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" MMC-nin direktoru X4 nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X4 barəsində tərtib edilmiş 16 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru X4 barəsində tərtib edilmiş 16 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 "xxxx" MMC-yə məxsus “Mango” mağazasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin direktoru X12 tərəfindən xitmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən vətəndaş X2 nın Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən xitmətlərin yerinə yetirilməsinə cəlb edildiyindən "xxxx" MMC-nin direktoru X12 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Vətəndaş X1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən xitmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC (VÖEN **********) barəsində tərtib olunmuş 14 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin (VÖEN **********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilmişdir. Həmin qərardan müəyyən olunur ki, təlimin keçirilməsi ilə bağlı müqaviləyə əsasən 02 dekabr 2022-ci il tarixdə "xxxx" MMC ilə X2 arasında 14 gün müddətində nəzəri və praktik təlim keçirilməsi haqqında müqavilə bağlanmışdır. X1 ərizəsinə əsasən "xxxx" MMC-nin direktoru Şahin Qarayevə təlimdə iştirak etmək üçün icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1628/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilməsinə dair 21 aprel 2022-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Hazırki işdən isə görünür ki, 02 dekabr 2022-ci il tarixdə "xxxx" MMC ilə X2 arasında 14 gün müddətində nəzəri və praktik təlim keçirilməsi haqqında müqavilə bağlanmışdır. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi deyil, nəzəri və praktik təlim keçirilməsi haqqında müqaviləsi bağlanmışdır. Halbuki, qeyd edilən müqavilə əmək münasibəti yaratmır. Başqa sözlə həmin müqavilənin elektron informasiya sistemində qeydiyyata alınması zərurəti yaranmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə əsası əmək müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmçinin qeyd edilməlidir ki, həm xidmət haqqının ödənilməsi qaydası, həm də iş vaxtı, iş yeri kimi əmək qanunvericiliyi ilə əmək münasibətlərinin yaranması üçün əsas tələblər qismində çıxış edən hallar mövcud olmamış, müqavilə tərəfləri arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki-hüquqi müqavilə üzrə münasibətlər yaratmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməldə inzibati xətanın tərkibinin yaranması üçün "xxxx" MMC-nin direktoru X4 hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X4 hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Buna görə də işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə əməldə qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementləridən subyektiv cəhət və obyektiv cəhət yoxdur. Beləliklə, məhkəmə vurğulayır ki, "xxxx" MMC-nin direktoru X4 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən işin faktiki hallarına əsaslanmadan "xxxx" MMC-nin direktoru X7 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" MMC-nin direktoru X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-915/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-915/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver