Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-918/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25396623 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25396623 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icraatda olan inzibati xətaya dair işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106, 109 və 118-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25396623 inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-918/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-918/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver