Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-92/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsinin 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ tərəfindən 29 noyabr 2023cü il tarixdə verilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olmasına görə həmin qərar ləğv edilməli və iş üzrə icraata xirtam verilməlidir. Belə ki, barəsində, Bakı şəhər DYPİ tərəfindən 29 noyabr 2023-cü il tarixdə verilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın əsası 22 iyul 2023-cü il tarixli İXP ******* saylı Protokola olmuşdur. Hansı ki, həmin xx.xx.2023-cü il tarixli İXP ******* saylı Protokola əsasən barəsində verilmiş xx.xx.2023-cü il tarixli, TP5933242 saylı inzibati tənbeh vermə haqqında qərar dəlil-sübut yetərsizliyi səbəbi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1741/2023 saylı qərarı ilə ləğv edilmiş, işə yaenidən baxılması üçün BBPİ DYPİ-nə göndərilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edilimiş 22 avqust 2023-cü il tarixli, TP5933242 saylı inzibati tənbeh vermə haqqında qərar arasında fərq yalnız tərtib edilmə tarixləridir. Belə ki, hazırda mübahisələndirilən Qərarda eyni Protokola əsasən verilmiş, eyni vəzifəli şəxs tərəfindən təkrar baxılaraq qərar verilmiş, yenədə inzibati xətanı təstiq edən sübutlar olmadan qərar verilmişdir. Baxmayaraq ki, tərəfindən dəfələrlə BBPİ DYPİ-nə müraciətləri olsada təkrar araşdırmada iştirakları nəinki təmin edilməmiş, hətta iş materialı ilə tanış olmağı əngəllənmişdir. Bununla da işə baxılmasında iştirakı təmin edilməmiş İnzibati xətanı təstiq edən sübutlar iş materialında əlavə edilməmişdir. Şikayətinə əsasən məhkəmə tərəfindən ləğv edilərək yenidən baxılması üçün göndərilmiş işə təkrar eyni vəzifəli şəxs tərəfindən baxılaraq qanuna zidd qərar verilmişdir. Mübahisələndirilən qərarda istinad edilən İXP ******* nömrəli sənədin tarixi 22 iyul 2023-cü il ikimi qeyd edilmişdir. Halbu ki, DYP tərəfindən 22 iyul 2023 tarixdə barəsində İXH Protokol tərtib edildiyindən ümumiyyətlə məlumatı yoxdur, Bübahisələndirilən Qərarda istinad edilən İXP5609847 nömrəli İXH Protokol isə 10 avqust 2023 tarixdə tərtib edilmişdir. Belə çıxır ki, hazırda mübahisələndirilən İTHQ-ın istinad edildiyi İXHP-un özü belə mövcud deyil. Bilərəkdən, vəzifədən sui istifadə edilməklə vətəndaş süründürməçiliyi və bezdirmək mövqeyi tutmaqla, vətəndaşa və məhkəmə orqanlarına açıq- aşkar hörmətsizlik nümayiş etdirməklə, bilərəkdən qanunsuz qərar verilmişdir. Hazırda mübahisələndirilən 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın poçt vasitəsi ilə çatdırılma vaxtı barədə məktub zərfinin surətini və azərpoçtun Poçt baratlarının çattırılması məlumat bazasından çıxarışı şikatətə əlavə olunur. Qeyd edilənləri nəzərə alaraq, 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 şikayətini müdafiə edərək, onun təmin olunmasını və 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını m xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X3 izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinin sürücüsü X2 qanun pozuntusu etdiyindən ona saxla əmri vermişlər, sürücü polis əməkdaşları ilə kobud şəkildə danışmış, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə 01 iyun 1962-ci il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, Dalan 2, Ev ö/t 20 ünvanında qeydiyyatda olan, X7 Prado Minik markalı 99HN998 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2, Bakı Salyan Şossesi, Dalan 4 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə etdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, X7 Prado Minik markalı 99HN998 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 qayda pozuntusuna yol verdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsi tərəfindən haqlı olaraq X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsinin 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsinin 29 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-92/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-92/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver