Məhkəmə qərarları › İş №3(009)-920/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-920/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-920/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 1,2,6 saylı Texnoloji Nəqliyyat Departamentlərində formalaşan bərk və sənaye tullantıların ətraf mühitə və Xəzərə atılması nəticəsində Xəzərin çirklənməsi baş vermişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239, 264.0.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə inzibati xəta hadisəsinin törədildiyi yer - Bakı şəhəri, Qaradağ rayonudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmənin gəldiyi nəticəyə əsasən həmin Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi yeri onun törədən şəxsin qeydiyyatda olduğu ünvan (hüquqi ünvanı) üzrə deyil, inzibati xəta hadisəsinin bilavasitə baş verdiyi yer hesab olunmalıdır. Belə olan isə hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X4 işin aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X5, protokolla razı olmadıqlarını, həmin çirkab sularının axıdılmasının Şəxsnə heç bir aidiyyatının olmadığını, məsələnin araşdırılması üçün yerində baxış keçirilməsinin məqsədəuyğun olduğunu nəzərə alaraq işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Bu Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239, 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar