Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-920/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 nümayəndəsi X5, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol əsassız tərtib olunmuşdur və 25.05.2022-ci il tarixdə TP ******* nömrəli elektron qərar çıxarılmışdır. Qanuni əsaslarla 10 iş günü şikayət etmək hüququ olsa da, hüququ gözlənilmədən pozulmuşdur. Rəsmi qaydada DİN-nin rəsmi səhifəsində protokolla bağlı şikayət etmişdir. Yol ayrıcı seçmə qaydasını pozmamışdır. Həmin yol ayrıcında onunla birlikdə olan bir neçə nəqliyyat vasitəsi olmuşdur. Həmin nəqliyyat vasitələri saxlanılmamış, ypx inspektoru seçmə yolu ilə vizual şəkildə onun avtomobili həmin sıradan seçərək qayda pozuntusunu izah etmədən əlindəki bort kompyuter vasitəsi ilə ad, soyadı soruşaraq protokolu elektron sistemə yerləşdirmişdir. İnzibati xəta haqqında protokolun sürəti və qayda pozuntusu ona sübut edilmədən tərtib edildiyi üçün və ona inzibati xəta haqqında protokolun sürəti verilmədiyindən həmin inzibati protokolun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 nümayəndəsi X8 şikayəti müdafiə edərək Bakı şəhər X13 İdarəsinin inzibati tənbehin vermə haqqında 24 may 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək bildirmişdir ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs Ələddin Əhmədli şikayətində göstərmişdir ki, barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol əsassız tərtib olunmuş və 25.05.2022-ci il tarixdə TP ******* nömrəli elektron qərar çıxarılmışdır. Qanuni əsaslarla 10 iş günü gözlənilmədən pozulmuş lakin bildirmək istəyir ki, onlayn qaydada o, DİN-nin rəsmi səhifəsində protokolla bağlı şikayət etmişdir. O yol ayrıcı keçmə qaydasını pozmamış həmin yol ayrııcnda onunla birgə hərəkətdə olan bir neçə nəqliyyat vasitəsi olmuşdur. Həmin nəqliyyat vasitələrindən heç biri qayda pozuntusu üzrə saxlanılmamış YPX inspektoru seçmə yolu ilə vizual şəkildə onun avtomobili həmin sırada seçərək qayda pozuntusunu izah etmədən əlindəki bort kompyuter vasitəsi ilə ad familyasmı soruşaraq inzibati protokolun ona hüquqi izahını vermədən elektron sistemə yerləşdirmişdir. Bort kompyuter vasitəsi ilə yazılmış inzibati protokolun surəti və etdiyi qayda pozuntusu ona sübut edilmədən tərtib edildiyi üçün və ona həmin inzibati protokolun surəti verilmədiyindən həmin inzibati protokolun qanunvericiliklə müəyyən edilmiş əsaslarla ləğv edilməsini xahiş etmişdir. Bununla razılaşmayaraq bildirir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X7 15 may 2022-ci il tarixdə saat 16:51-də idarə etdiyi Opel Astra minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Niyazi prospekti ilə hərəkətdə olarkən Bakı şəhəri Neftçilər prospekti ilə sağdan hərəkətdə olan avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı Ceyhun Hüseynov tərəfindən saxlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda X7 barəsində tərtib edilmiş 15.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, onun yol verdiyi xəta xüsusi texniki vasitə ilə deyil, bilavasitə səlahiyyətli şəxs olan YPX əməkdaşı Ceyhun Hüseynov tərəfindən aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 77ci maddəsinin İ-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İşin hallarından göründüyü kimi YPX əməkdaşı Ələddin Əhmədlinin yol verdiyi yol hərəkəti qayda pozuntusunu aşkar etdikdən dərhal sonra Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş və dialoq zamanı xətanın mövcudluğunu qəbul edib etməməsini aydınlaşdırdıqdan sonra qanunamüvafıq olaraq tənbeh vermə haqqında qərar qəbul etmədən, protokol tərtib etməklə hərəkətlərini başa çatdırmış və sonrakı hərəkətlər barədə Ələddin Əhmədliyə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Eyni zamanda barəsində qərar çıxarılmış fiziki şəxs X3 qanunla müəyyən edilmiş qaydada, işin harada və nə vaxt baxılması haqqında məlumat verilmiş, bundan sonra barəsində tənbeh vermə haqqında 24.05.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında səlahiyyətli vəzifəli şəxs Bakı şəhəri BPİ DYPİ-nin İnzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X1 tərəfindən qərar qəbul edilərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassızdır onun barəsində qəbul edilmiş 24.05.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə də qeyd olunanlara əsasən barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassız olduğundan təmin edilməməli onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X13 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən AR İXMnin 327.2-ci maddəsinə əsasən 24.05.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X4 bildirmişdir ki, X7 15 may 2022-ci il tarixdə saat 16:51-də idarə etdiyi “Opel Astra” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Niyazi prospekti ilə hərəkətdə olarkən Bakı şəhəri Neftçilər prospekti ilə hərəkətdə olan avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozduğuna görə saxlanılmış, saxlanılarkən Xətai rayonunda inspektor olan Pərviz Abdulbəkirovun qardaşı olduğunu bildirmişdir. Daha sonra isə onun xalası oğlu olduğunu bildirmiş, həmçinin atasının da polis işçisi olduğunu, qərargah rəisi işlədiyini qeyd etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən o “belə bir şey görməmişəm” deyə etiraz etmişdir. Daha sonra həmin şəxs atasına zəng etmişdir. O isə sürücünün qayda pozuntusu törətdiyini qeyd etmişdir. Məsuliyyətdən yayınmaq üçün sürücü müxtəlif vasitələrdən istifadə etsə də qanunun aliliyini rəhbər tutaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bildirişi həmin şəxsə vermək istəyərkən isə X7 avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Hadisədən sonra həmin şəxsin qardaşı maşını yolun ortasında saxlayaraq ona yaxınlaşmış bildirişi, sənədləri niyə X3 təqdim etmədiyini bildirmişdir. 19.05.2022-ci il tarixdə həmin şəxsin atası yaxınlaşmış və iradlarını bildirmişdir. Məhkəmə iclasında hadisəni əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X7 15 may 2022-ci il tarixdə saat 16:51-də idarə etdiyi “Opel Astra” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Niyazi prospekti ilə hərəkətdə olarkən Bakı şəhəri Neftçilər prospekti ilə hərəkətdə olan avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Məhkəmə tərəflərin, şahidin izahatlarını dinləyib, hadisəni əks etdirən videogörüntüyə baxıb hesab edir, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 15 may 2022-ci il tarixdə saat 16:51-də radələrində Bakı şəhəri Neftçilər prospektində " Opel Astra " markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş (yol ayrıcı keçmə qaydalarını pozduğundan) və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 15.05.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X7 15 may 2022-ci il tarixdə saat 16:51-də radələrində " Opel Astra " markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 15 may 2022-ci il tarixdə saat 16:51-də radələrində Bakı şəhəri Neftçilər prospektində " Opel Astra " markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X7 15 may 2022-ci il tarixdə saat 16:51-də radələrində Bakı şəhəri Neftçilər prospektində " Opel Astra " markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, izahatlar, inzibati xəta haqqında protokol və hadisəni əks etdirən videogörüntü ilə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti Qaydalarına, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. X2 şikayətində, nümayəndəsinin məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 avtomobili idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 24 may 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-920/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-920/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver