Məhkəmə qərarları › İş №3(009)-921/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-921/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-921/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi Şəxs iştirakı ilə xx.xx.1953-cü ildə İran İslam Respublikasının Savə şəhərində anadan olmuş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2112/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələbi icra etməyən borclu xx.xx.1953-cü ildə İran İslam Respublikasının Savə şəhərində anadan olmuş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən inzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixli əlavə tərtib edilmiş və orada göstərilmişdir ki, bu protokolu tərtib edir ondan ötrü ki, Səbail rayon məhkəməsinin 2(009)-2112/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11.000 (on bir min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 146.10 (bir yüz qırx altı manat, on qəpik) manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və icra olunması üçün borcluya göndərilmişdir.İcra sənədinin icrası ilə bağlı borclu barəsində bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs 21,06.2023-cü tarixdə şöbəyə dəvət edilmiş, izahatı alınmışdır. İzahatında icra sənədi üzrə göstərilən borc məbləğini ödəmək üçün imkanın olmadığını, heç bir yerdə işləmədiyini, xəstə olduğunu bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində xx.xx.2023cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir.Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-1244/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs AR İXM 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.Tələbkar X2 müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət edilmiş izahatı alınmışdır. Borclu izahatında onkoloji xəstəlikdən əziyyət çəkdiyini, heç bir yerdə işləmədiyini hazırda ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək heç bir ödəniş etməmişdir.İş üzrə tələbkar tərəf borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov izahatında göstərmişdir ki, icra sənədləri icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmışdır. Bu günədək borclu tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Tələbkar isə İran İslam Respublikasında yaşayır bütün instansiyalara icra ilə bağlı şikayət edir. Borclu barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə restoranları işlətmiş, sahibkar olmuşdur, hazırda isə işləmir kiçik bir yer götürmüşdür, əldə etdiyi gəliri xəstəliyi ilə bağlı müalicəsinə sərf edir, o, onkoloji xəstədir, həkim 3 il müalicə kursu yazıb, 1 il artıq keçib, 2 ildən sonra ödənişləri edə bilər. 72 yaşı var. Ailəlidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs oğlu məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta törədən şəxsin özünün AR İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdfaiə xarakteri daşımaqla məsuliyyətdən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar