Məhkəmə qərarları › İş №3(009)-922/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-922/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-922/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Azər Tağıyev Ramiz oğlunın sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MTK-nın nümayəndələri (sədri) X1 və “LCG” Vəkil Brosunun vəkili X2 iştirakları ilə, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 12 aprel 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MTK tərəfindən 09 aprel 2021-ci il tarixində tikinti ərazisinə keçirilən baxış zamanı qanunla müəyyən olunmamış qaydada qeyri qanuni olaraq bir ədəd yaş köküstə 0-0.49 dmli ayland ağac kəsilirək məhv edilmişdir. Buna görə də, Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib Şəxs MTK-nın nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin mühəndisi Xəzər Vəliyev tərəfindən tərtib edilmiş 12.04.2021-ci il tarixli MN № ******* nömrəli inzabati xəta haqqında protokola əsasən, "Şəxs" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə) əsasən inzibati xətanı törədən şəxs kimi göstərilmişdir. Həmin protokol qanunvericiliyin müddəları pozulmaqla tərtib edildiyinə və işin həqiqi hallarına uyğun olmadığma görə əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə ki, inzibati xətanm törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqmda protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin, Protokolda xətanın mahiyyəti hissəsində qeyd edilir ki, 09.04.2021-ci il tarixdə tikinti ərazisinə keçirilən baxış zamanı qanunla müəyyən olunmamış qaydada qeyri-qanuni olaraq 1 ədəd ağacın kəsilərək məhv edilməsi (0-0.49 dmli ayland ağacı) müəyyən edilmişdir. Bu fakt fotoşəkkillər, 12.04.2021-ci il tarixli 69826 nömrəli akt və digər sənədlərlə təsdiq edilir. Burada diqqətəlayiq hal ondan ibarətdir ki, əgər həqiqətən tikinti ərazisinə 09.04.2021-ci il tarixdə baxış keçirilmişsə nə üçün faktla bağlı akt qanunvericilikdə müəyyən edilmiş qaydada dərhal deyil, məhz 3 gündən sonra, yəni 12.04.2021-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda aktın doğruluğuna dair əsaslı şübhələr yaranır. Göründüyü kimi, sözügedən akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. 12.04.2021-ci il tarixli 69826 nömrəli aktda qeyd edilir ki, şirkətin tikinti sahəsində nümayəndəsi olduğunu bildirən İlqar adlı və şirkətin ofis meneceri olduğunu bildirən Əli adlı şəxsin iştirakı ilə yerində araşdırılma aparılmışdır və araşdırma zamanı müəyyən edilmişdir ki, tikinti sahəsinin ərazisində bir ədəd 0-49 diametrli ayland ağacının yaş kök üstə küt alətlə kəsilərək məhv olunduğu aşkar edilmişdir". Eyni zamanda aktda qeyd edilir ki, guya aşkar edilmiş faktla bağlı tərtib edilən aktı və protokolu imza etməkdən şirkətin nümayəndəsi imtina etmişdir. Aktda qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, 09.04.2021-ci il tarixdə yerində baxış keçirilərkən yuxarıda qeyd edildiyi kimi, akt və protokol tərtib edilmədiyi halda onun imzalanması istisna edilir. Həmçinin, "Şəxs" MTK-nın inzibati xəta törədilməsinə aidiyyəti olması və ya təqsirliyi sübuta yetirilməmişdir. Belə ki, X.Vəliyev fotoşəkildə göstərilən ağacın kəsilməsi və məhv edilməsini qeyd etsədə fotoşəkildən göründüyü kimi, həmin ağac heçdə kəsilməmiş və məhv edilməmişdir sadəcə məlum olduğu kimi aprel ayı yaz mövsümünün ilk günlərinə təsadüf etdiyindən ağacın bu kimi təsviri təbii haldır. Buna dəlalət edən fakt ağacın hazırki vəziyyətdə olduğunu əks etdirən fotoşəkillərdir. Həmin fotoşəkilllər 20.05.2021-ci il tarixdə çəkilmiş və göründüyü kimi, ağac heç də kəsilməyib və məhv edilməyib əksinə yaz mövsümündən sonra inkişaf etməkdədir. Qeyd edilənlər onu deməyə kifayət qədər əsas verir ki, protokolda göstərilən inzibati xətanm törədilməsi öz təsdiqini tapmamışdır. İşin həqiqi halları və təqdim edilən sübutlar heç bir qanun pozuntusuna yol verilməməsinə və inzibati xətanm törədilməməsinə dalələt edir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməyə əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MTK-nın nümayəndəsi X5 da tərtib edilimiş protokolun əsassız olduğunu, qeyd olunan qeyd olunan 0-0.49 dmli ayland ağacın kəsilmədiyini, məhv edilmədiyini, hətta əvvəlkindən inkişaf edib böyüdüyünü bildirərək, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş araşdıralarkən məhkəmə tərəfindən tərələrin iştirakı ilə tikinti ərazisinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan 0-0.49 dmli ayland ağac kəsilməmiş, məhv edilməmiş və inkişaf etməkdədir. Göstərilən hal qərar qəbul olunduğu tarixdə çəkilmiş foto şəkillərlə öz təsdiqini tapır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tərkibi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə yaranır. Hazırki işin hallarından Şəxs MTK-nın əmkdaşları tərfindən 0-0.49 dmli ayland ağacın kəsilməsi və ya məhv edilməsi müəyyən olunmur. Bununla da, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MTKnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MTK-nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Şəxs MTK-nın əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar