Məhkəmə qərarları › İş №3(009)-924/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-924/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-924/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 may 2022-ci il tarixli, 00100- 0951/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X8 X9 X5 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına Türkiyədən 19HS942/19HB014 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə baxışı keçirilmişdir. Baxış zamanı həmin avtomaşın ilə daxil olmuş və **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövgeyində “Döyülə bilməyən çuqundan borular” 4449,19 kq bəyan edildiyi təqdirdə 1655 ədəd, 4925 kq profil, 25702 ədəd, 980 kq bolt, 442 ədəd, 279 kq boru bağlantısı olduğu, 2-ci mal mövqeyində “Diametri 0,51 mıp-dən çox olan izolyasiyalı elektrik keçiriciləri ilə naqillər və kabellər” 761,66 kq bəyan edildiyi təqdirdə 323 kq, yəni 438 kq az, sayları və ölçüləri düz olduğu, 4-cü mal mövqeyində “Binalarda istifadə olunan qapılar üçün qiymətsiz metallardan avtomatik qurğular” 585,17 kq bəyan edildiyi təqdirdə 100 kq, yəni 485 kq az, sayları düz olduğu, 9-cu mal mövqeyində “Elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar” 297,23 kq bəyan edildiyi təqdirdə 780 kq, yəni 483 kq artıq, ölçüləri düz olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların çəkisinin fərqli olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə “X8 X9 X5 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün xx.xx.2022-ci il tarixdə 34/013/009262 nömrəli raportla Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə müraciət olunmuşdur. Bakı Baş Gömrük İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsindən sorğuya cavab olaraq daxil olmuş 34/012/009896 saylı xx.xx.2022-ci il tarixli raportda Qeyd olunan malların çəkisinin fərqli olmasına baxmayaraq sayları və ölçüləri düz bəyan olunduğu üçün bu halın gömrük ödənişləri yaratmayacağı və gömrük ödənişlərinin məbləğinə təsir etməyəcəyi qeyd olunmuşdur. Nəticədə “X8 X9 X5 Ticaret Limited" şirkəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin nümayəndəsi və vəkili X2 izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşı X3 01/2022 nömrəli xx.xx.2022 tarixli müqavilə əsasında Türkiyə Respublikası “X8 X9 X7 Ticaret Limited” şirkətindən sifariş verdiy mallar xx.xx.2022 tarixli SPY**********051 nömrəli invoysla, 19HS942/19HB014 nömrə: avtomaşınla göndərilmişdir və göndərilən yükə **********0901 bəyannamə tərtib ediilmişdir. Avtomaşın sərhəddi keçən zaman sərhəd gömrük postu avtomaşında artıq çəki olduğunu qeyd etmişdir. Yükə baxış zamanı məlum oldu ki, malların çəkilərində uyğunsuzluq vardır, malların çəkisi qeyd olunan zaman bəyannamənin birinci mal mövqeyi üzrə 2311 kq az bundan boltların çəkisi 1000 kq olduğu halda sənəddə 79 kq, profillərin çəkisi 4616 kq olduğu halda sənəddə 4193 kq; 2-ci mal mövqeyi üzrə 438 kq çox kabelin çəkisi 323 kq olduğu halda sənəddə 791 kq; 4-cü mal mövqeyi üzrə 485 kq çox qapı kilidləri 100 kq olduğu halda 585kq; 9-cu mal mövqeyi üzrə 457 ka az spiral borular 754 kq olduğu halda 297 kq qeyd olunub və ümumilikdə 1780 kq artıq çəki aşkarlanıb. Malların sayı və miqdarı invoys üzrə düz qeyd olunmuşdur. **********0901 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar Türkiyə tərəfinin ixrac bəyannaməsi əsasında bəyan edilmişdir. Göndərici şirkətlə əlaqə saxlandıqdan sonra məlum olmuşdur ki, göndərici şirkət malları göndərən zaman Ramazan bayramı qabağı işin çoxluğu ilə əlaqədar sənədləri tərtib etdikdə səhvə yol vermişdir, malların çəkisini düzgün qeyd etməmişdir. Bununla bağlı məktub və yeni çəki listi göndərmişdir. Qeyd edilən halın Şəxs Şirkətinin təqsiri nəticəsində baş vermədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən “İpək yolu” gömrük terminalında ünvan 1 ünvanında qeydiyyatda olan "X8 X9 X5 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) ünvanına Türkiyədən 19HS942/19HB014 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə baxışı keçirilmişdir. Baxış zamanı həmin avtomaşın ilə daxil olmuş və **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “Döyülə bilməyən çuqundan borular” 4449,19 kq bəyan edildiyi təqdirdə 1655 ədəd, 4925 kq profil, 25702 ədəd, 980 kq bolt, 442 ədəd, 279 kq boru bağlantısı olduğu, 2-ci mal mövqeyində “Diametri 0,51 mm-dən çox olan izolyasiyalı elektrik keçiriciləri ilə naqillər və kabellər” 761,66 kq bəyan edildiyi təqdirdə 323 kq, yəni 438 kq az, sayları və ölçüləri düz olduğu, 4-cü mal mövqeyində “Binalarda istifadə olunan qapılar üçün qiymətsiz metallardan avtomatik qurğular” 585,17 kq bəyan edildiyi təqdirdə 100 kq, yəni 485 kq az, sayları düz olduğu, 9-cu mal mövqeyində “Elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar” 297,23 kq bəyan edildiyi təqdirdə 780 kq, yəni 483 kq artıq, ölçüləri düz olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan "X8 X9 X7 ticaret limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) ünvanına Türkiyədən 19HS942/19HB014 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə baxışı keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və X4 tərəfindən gömrük orqanına təqdim olunmuş **********0901 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan olunan yükə keçirilən gömrük yoxlaması zamanı 1-ci mal mövqeyində “Döyülə bilməyən çuqundan borular” 4449,19 kq bəyan edildiyi təqdirdə 6760 kq, yəni 2311 kq artıq, sayları və ölçüləri düz olduğu, 2-ci mal mövqeyində “Diametri 0,51 mm-dən çox olan izolyasiyalı elektrik keçiriciləri ilə naqillər və kabellər” 761,66 kq bəyan edildiyi təqdirdə 323 kq, yəni 438 kq az, sayları və ölçüləri düz olduğu, 4-cü mal mövqeyində "Binalarda istifadə olunan qapılar üçün qiymətsiz metallardan avtomatik qurğular” 585,17 kq bəyan edildiyi təqdirdə 100 kq, yəni 485 kq az, sayları düz olduğu, 9-cu mal mövqeyində “Elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar” 297,23 kq bəyan edildiyi təqdirdə 780 kq, yəni 483 kq artıq, ölçüləri düz olduğu müəyyən edilmişdir. Baxış bitdikdən sonra qeyd edilən mallar protokol əsasında araşdırma aparılan müddətə götürülmüşdür. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, "X8 X9 X5 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından 19HS942/19HB014 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklər üçün tərtib olunan **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “Döyülə bilməyən çuqundan borular” 4449,19 kq bəyan edildiyi təqdirdə 1655 ədəd, 4925 kq profil, 25702 ədəd, 980 kq bolt, 442 ədəd, 279 kq boru bağlantısı olduğu, 2-ci mal mövqeyində “Diametri 0,51 mm-dən çox olan izolyasiyalı elektrik keçiriciləri ilə naqillər və kabellər” 761,66 kq bəyan edildiyi təqdirdə 323 kq, yəni 438 kq az, sayları və ölçüləri düz olduğu, 4-cü mal mövqeyində “Binalarda istifadə olunan qapılar üçün qiymətsiz metallardan avtomatik qurğular” 585,17 kq bəyan edildiyi təqdirdə 100 kq, yəni 485 kq az, sayları düz olduğu, 9-cu mal mövqeyində “Elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar” 297,23 kq bəyan edildiyi təqdirdə 780 kq, yəni 483 kq artıq, ölçüləri düz olduğu Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən müəyyən edilmişdir. Qeyd olunan malların çəkisinin fərqli olmasına baxmayaraq sayları və ölçüləri düz bəyan olunduğu üçün bu hal gömrük ödənişlərinin məbləğinə təsir etməyəcəkdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, X8 X9 X7 ticaret mited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. İş materiallarında olan "X8 X9 X5 Ticaret Limited" şirkətinin məktubundan görünür ki, "X8 X9 X5 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına xx.xx.2022-ci il tarixdə SPY**********051 nömrəli invoys əsasında idxal edilən yükün net ağırlığı bayramla əlaqədar işin çoxluğundan sənədlərdə düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların çəkisinin fərqli olmasına müəyyən edilsə də, qeyd edilən uyğunsuzluğun Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının təqsiri səbəbindən baş verməsi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, “X8 X9 X7 ticaret limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş “X8 X9 X7 ticaret limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına münasibətdə inzibati xəta tərkibinin bütün əlamətləri, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, “X8 X9 X7 ticaret limited” Şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar