Məhkəmə qərarları › İş №3(009)-926/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-926/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-926/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Səbail Rayon Polis İdarəsindən daxil olmuş 26 may 2022-ci il tarixli, MN seriyalı ******* və 26 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və materiallar araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş işlər üzrə şəxs barəsində eyni vaxtda protokollar tərtib edilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər 3(009)–925/2022 nömrə altında bir icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)– 926/2022 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinə əsasən QƏRARA ALDİ: 3(009)–925/2022 və 3(009)–926/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)–925/2022 saylı inzibati xəta haqqında iş üzrə icraatda baxılsın və 3(009)–926/2022 saylı inzibati xəta haqqında iş icraata xitam verilsin. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar