Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-927/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 iştirakı ilə, X4 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin TP ******* nömrəli, 04 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 04 aprel 2024-cü il tarixdə ona məxsus olan “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsi ünvanında yerləşən dairəyə tərəf hərəkət etdiyi zaman X7 əməkdaşı tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən, TP6392566 nömrəli xx.xx.2024- cü il tarixli inzibati qərar tərtib edilmişdir. Həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, hadisə 04 aprel 2024-cü il tarixdə baş vermiş və inzibati qərar tərtib edilərək ona təqdim edilmişdir. İXM-nin 327.2-ci maddəsini pozduğu iddia edilərək ona 80 manat əsassız cərimə yazılmışdır. Avtomobili ilə Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlandırılan ərazinin əks istiqaməti ilə, səhər saatlarında daim tıxaclı olan yolla Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi istiqamətində hərəkət edirdi. Qeyd olunan Yol Polisi İdarəsinin giriş hissəsinə yaxınlaşdıqda tıxac olduğu üçün dairəyə girən avtomobillər ümumiyyətlə görsənmirdi. Yolun sağ istiqaməti ilə solunda isə hündür Djep maşını hərəkət edirdi. Tıxaclarda dairəyə yaxınlaşdıqda yol hərəkəti qaydalarına riayət etmək mümkün olmur və ya çox çətin olur, çünki dairəyə girən avtomobillər aralıdan görsənmir. O artıq dairəyə girdikdən sonra qeyd etdiyi Djep avtomobili sol tərəfini bağladığı üçün dairəyə girmiş və onun solundan qəflətən yaxınlaşan DYP avtomobilini görməyərək onun qarşısına çıxdı. Bu halda o avtomobili saxlasaydı yol tamamilə bağlanacaq idi, arxaya versəydi arxadakı avtomobilə dəyəcəkdi. Bu səbəbdən məcbur olub irəli sürdü. Dairəyə girən qeyd olunan DYP əməkdaşı (avtomobildə tək idi, DYP əməkdaşı tək olduqda cərimə tərtib etməyi qanunsuzdur) işarə edərək onu saxladı və dərhal cəriməni tərtib etdi. Ona hərbiçi olduğunu, 20 il səngərlərdə can qoyduğunu, nizam-intizam və qayda-qanuna riayət etdiyini bildirdi. İnzibati əmələ görə təqsirli olduğu sübut edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar X4 barəsində tərtib edilmişdir. Şikayətdən və iş materiallarına əlavə edilmiş 04 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsi ünvanında baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Yasamal rayon inzibati ərazisində baş verdiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olmadığından hazırki işə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda X3 izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə təkrarən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən təkrarən aidiyyəti məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106, 109 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-927/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-927/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver