Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-928/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 aprel 2022-ci il tarixində şəxsi avtomobili ilə Babək pr. üzərində hərəkət edərkən YPX əməkdaşı tərəfindən X2rşısında saxlanıldı. Saxlanılma səbəbi olaraq, duman əlehinə işıqda led lampa istifadə etdiyi bildirildi. Əməkdaşdan pozduğu qaydanı maddəsi ilə ona təqdim etməyini və pozduğu qaydanın sübuta yetirilməsini tələb etdi. YPX əməkdaşı isə öz vəzifəsindən boyun qaçırdı, yerindəcə bununla bağlı 102 xitmətinə şikayətini bildirdi. Ona razılığı olmadan 342.2.2 normativ tələblər pozulmaqla, əlavə avadanlığın quraşdırılması və ya dəyişdirilməsi maddəsi ilə 150 manat məbləğində qərarsız protokol tərtib olundu. İşıq lampası əlavə avadanlıq ola bilməz. İşıq lampası onsuz da avtomobilin üzərində olmalıdır. Bu səbəbdən yazılmış protokolun qanunsuz olduğunu iddia edir. Yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinin 3-cü bəndinin qeyd yerində deyilir: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Onun avtomobili isə 2000-ci il buraxılışlı və istehsalı bitmiş bir avtomobildir. Avropa İqtisadi Komissiyasının qərarlarında pərdə, pilyonka və led işıqlarla bağlı məsələlər öz əksini tapıb. Qanunvericilikdə isə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Məsələnin qanun çərçivəsində araşdırılmasını və haqlı olduğu halda yazılmış protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 Alim oğlu şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, X5 barəsində qəbul edilmiş qərar qanunidir qüvvədə saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından məlum olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs X8 07 aprel 2022-ci il tarixdə saat 21:09 radələrində idarə etdiyi BMW 3301 minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Babək prospekti ilə hərəkət edərkən Bakı şəhəri BPİ X14 İdarəsinə bilavasitə tabe olan YPXA-n baş inspektoru polis leytenantı X9 tərəfindən saxlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, lakin sürücü xətanın mövcudluğunu qəbul etmədiyindən iş üzrə tənbeh vermə haqqında qərar qəbul etməmişdir. Bakı şəhəri BPİ DYPİ-nin X6 İşlər üzrə İcraat Şöbəsinin inspektoru polis mayoru Emin Süleymanov tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında işə baxaraq 150 manat məbləğində inzibati qaydada tənbeh tədbiri tətbiq etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin İİİ-cü hissəsinin 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nəqliyyat vasitəsi nasaz kimi qəbul edilir. Barəsində qərar çıxarılmış fiziki şəxs X8 idarə etdiyi BMW 3301 minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə led işıqlar quraşdırması xarici işıq cihazlarının miqdarına tipinə, rənginə yerləşməsinə və iş rejiminə uyğun olmadığına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin sözügedən 1 saylı əlavənin İİİ-cü hissəsinin Qeydində olan İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir tələbi onu ehtiva edir ki, nəqliyyat vasitəsinin işıq cihazları istehsal edilmirsə, o zaman başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. BMW 3301 minik markalı avtomobilin xarici işıq cihazları hələ də istehsal edilir və ehtiyyat hissələrinin satış mərkəzindən şassi nömrə ilə bunu əldə etmək mümkündür. Belə olan halda X8 yalnız istehsalçı zavodun müəyyən etdiyi işıq cihazlarından istifadə etməlidir. Göründüyü kimi avtomobildə iki işıq dəyişdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, normativ tələblər pozulmaqla quraşdırılmış və ya dəyişdirilmiş avadanlıq dedikdə, həmin nəqliyyat vasitəsinə dair dövlət standartlarına, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə Yol hərəkəti haqqında Qanuna 1 saylı Əlavədə verilmiş nasazlıqların yaranmasına gətirib çıxaran müxtəlif avadanlıqlar başa düşülməlidir. Belə avadanlıqların nəqliyyat vasitəsinə quraşdırılması, yaxud nəqliyyat vasitəsində mövcud olan avadanlıqların belələri ilə əvəz edilməsi İXM-nin 342.2-ci maddəsi ilə məsuliyyətə səbəb olacaqdır. Bu xəta nəqliyyat vasitəsinin təkərlərin, oturacaqlarının dəyişdirilməsində, nəqliyyat vasitəsinə əlavə enerji mənbəyinin, işıq cihazlarının, yük yerinin və ya sərnişin yerinin quraşdırılmasında, hətta mühərrikin dəyişdirilməsində də isfadə oluna bilər. eləliklə də göründüyü kimi X8 07 aprel 2022-ci il tarixdə YHHQ-nın 1 saylı Əlavəsinin İİİ-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayət ərizəsi əsassızdır onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Ona görə də məhkəmədən barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayəti əsassız olduğundan onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan şikayət ərizəsini təmin etmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 07 aprel 2022-ci il tarixdə saat 21:09-da idarə etdiyi BMW 3301 minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Babək prospekti ilə hərəkət edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması aşka edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİnin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən X6 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X12 oğlu BMW 3301 minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla led işıqlar quraşdırması aşkar edilmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X12 oğlunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X12 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X14 İdarəsinin Bakı şəhər DYPİ-nin 18 may 2022-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-928/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-928/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver