Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-929/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs DİN-in Səbail RPİ-nin 41-ci PBnin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs Könül Umudovanın, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş Şəxs barəsində DİN-in Səbail RPİ-nin 41-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-dən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 08.03.2021-ci il tarixdə Şəxs həyat yoldaşı X8 döyməsi faktına əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X3 izahatından görünür ki, o, 2008-ci ildə Şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2009-cu il təvəllüdlü qızı X9 və 2012-ci il təvəllüdlü X11 anadan olmuşlar. Onların ilk ailə münasibətləri yaxşı olsada 2015-ci ildən münasibətləri korlanmışdır. Onun həyat yoldaşı Şəxs bir neçə dəfə ona əl qaldırmış, lakin o, heç zaman bu barədə şikayət etməmişdir. Təxminən 1 ay bundan əvvəl Şəxs onlarla birlikdə yaşadığı ünvan 1 ünvanından köçərək Nardaran qəsəbəsində bağ sahəsinə gedərək orada yaşamışdır. Buna səbəb isə Fəqanm başqa qadınla münasibətinin olduğunu bilməsi və ondan bu barədə soruşması olmuşdur. Lakin həyat yoldaşı Şəxs təkzib edərək heç kimlə görüşmədiyini bildirmişdir. 08.03.2021-ci il tarixdə internet səhifəsində o, həyat yoldaşının həmin qadınla restoranda görüşəcəyini hiss edərək həmin restorana getmişdir. Belə ki, o, 08.03.2021-ci il tarixdə saat 22.30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “Qızıl balıq” restoranına gedərək həyat yoldaşı Şəxs orada Brilliant Əliyeva ilə həmin restoranda bayram keçirdiklərinin şahidi olmuşdur. Həyat yoldaşı Fəqan onu görərək ona yaxınlaşaraq onu oradan zorla çıxarmaq istəmişdir. Lakin onun bu hərəkətlərinə cavab olaraq o, həyat yoldaşı Şəxs və onun yanında olan Brilliant Əliyevaya sözünü deyərək getmək istədiyini bildirmişdir. Lakin həyat yoldaşı Şəxs onu zorla restoranın həyətinə çıxarmış və orada əlləri ilə onun əllərinə, bədəninə və başına bir neçə dəfə əl zərbəsi endirmişdir. O, Fəqanın bu hərəkətlərini görərək həmin restoranı tərk edib getmişdir. Suallara cavab verən X10 bildirmişdir ki, qeyd edilən hadisə Səbail rayonu, Badamdar qəısəbəsi, Badamdar yolunda yerləşən “Qızı balıq” restoranında baş vermiş, həmin vaxt həyat yoldaşı Şəxs əlləri ilə onun əllərindən, bədəninin müxtəlif yerlərindən və başından bir neçə dəfə əl zərbələri endirmiş və o, xəsarətlər almışdır. Onlar arasında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt o, restoranda tək olmuş və hadisənin şahidi kimi heç kimi görməmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, 2008-ci ildə X10 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2009-cu il təvəllüdlü qızı Leyla və 2012-ci il təvəllüdlü oğlu Əli anadan olmuşlar. Onun həyat yoldaşı Könül Umudova ilə ailə münasibətləri pozulduğu üçün o, 1 ay olar ki, artıq həmin evdə yaşamır. O, 08.03.2021-ci il tarixdə dostları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Qızıl balıq” restoranında olmuş, həmin zaman onun həyat yoldaşı Könül Umudova həmin restorana daxil olmaq istəmiş, belə ki, o, restoranın pəncərəsindən həyat yoldaşı Könül Umudovanm gəldiyini görərək restoranın həyətinə çıxmışdır. O, restoranın həyətində Könül Umudovadan nə baş verdiyini soruşan zaman həyat yioldaşı Könül Umudova onun restoranda digər qadınla birlikdə olduğunu deyərək restorana daxil olmaq istəmişdir. Könül Umudovanm sözlərinə cavab olaraq o, restoranda dostları ilə bilrikdə olduğunu deyərək Könülün restorana daxil olmasına imkan verməmişdir. Belə ki, o, restoranın həyətində həyat yoldaşı Könül Umudovanın əllərindən tutuaraq onu dartıb avtomobilə əyləşdirib restorandan uzaqlaşdırmaq istəmişdir. O, Könül Umudovanı yenə avtomobilə əyləşdirmək istəmiş, lakin Könül Umudova buna etiraz edərək restorana daxil olmuşdur. Lakin o, restoranda heç kimin olmadığını görmüşdür. Eyni zamanda bildirmişdir ki, həmin hadisə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Qızıl balıq” restoranının həyətində baş vermiş, o, həyat yoldaşı X4 əl qaldırmamış, ona zərbələr endirməmiş və yalnız onun tutaraq dartıb restorandan çıxarmaq istəmişdir. Həmin vaxt restoranm işçiləri şahid olmuşlar. Həmçinin Şəxs bildirmişdir ki, o, həyat yoldaşı Könül Umudovanm restorandan çıxaran zaman ola bilsin ki, Könül Umudova həmin vaxt xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında qeyd edilənləri təsdiq edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan və 17 aprel 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 08.03.2021-ci il tarixdə həyat yoldaşı X6 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə-tibbi ekspertizasının 17.03.2021-ci il tarixli 152-№-li rəyindən müəyyən edilir ki, bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ dirsək, hər iki mil-bilək oynağı nahiyəsinin, bel və sol sağrı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvələ əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 08.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində protokol tərtib edilmiş Şəxs izahatı, protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-929/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-929/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver