Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-931/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqına qərar çıxarılmış şəxs müdafiəçisi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X10 və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 nümayəndəsi Nümayəndə şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X10 və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X2 nümayəndəsi Nümayəndə şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 11 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərarı ilə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarla Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən transformator təmiri müəssisəsinin fəaliyyəti zamanı qanunla müəyyən olunmamış ərazidə müxtəlif növ tullantıların qalaqlanması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271, 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və həmin Məcəllənin 266.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən “transformator təmiri müsəssisəsi” müəssisə kimi deyil, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində kiçik bir sex kimi fəaliyyət göstərmiş və həmin sexin idarə edilməsində X2 hər hansı rolu mövcud olmamışdır. 2020-ci ilin yayında həmin sexdə yanğın hadisəsi baş vermiş və sexə xeyli məbləğdə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən dəymiş ziyan hesablanaraq, ziyanın bir hissəsi ödənilmişdir. Yanğın nəticəsində sex yararsız vəziyyətə düşdüyündən təmir və quraşdırma işlərinə başlanmış və yanmış vəziyyətdə olan tullantılar vaxtı-vaxtında maşınlarla daşınmışdır. 06 noyabr 2020-ci il tarixdə mülki formada olan 2 nəfər həmin ərazidən keçərkən darvazanın açıq olduğunu görərək həyətə yaxınlaşmış və orada X4 ilə rastlaşmışlar. Özlərini Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi təqdim edən həmin şəxslər təmir sexində mövcud olan qarışıqlıqla maraqlanmış və onlara sexdə yanğın hadisəsinin baş verdiyi, hazırda təmir işlərinin aparıldığı barədə məlumat verilmişdir. Bundan sonra onlar ərazini tərk etmişlər. İnzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərarı qanunsuz, əsassız və qeyri obyektivdir. Belə ki, X2 yuxanda qeyd olunan mübahisəli qərardan 16 aprel 2021-ci il tarixdə, saat 10:52-də Səbail rayon İcra və probasiya şöbəsindən ona olunan zəng vasitəsilə məlumatı olmuşdur. Həmin zəng vasitəsilə X1 rayon İcra və probasiya şöbəsinə dəvət edilmiş və orada ona 11 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş 06 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərara əsasən 3500 (üç min beş yüz) manat cərimə edildiyi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən, 2100 (iki min yüz) manat dəbbə pulunun hesablandığı barədə məlumat verilmişdir. Eyni zamanda Səbail rayon İcra və probasiya şöbəsindən X3 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərarın, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01 mart 2021-ci il tarixli və 11 X10 və Təbii Sərvətlər İdarəsinin 18 mart 2021-ci il tarixli məktublarının surətləri təqdim edilmişdir. Göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərar 11 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən bu günədək ona rəsmi qaydada təqdim edilməmiş, eləcə də yaşadığı ünvana göndərilməmişdir. Odur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsinə dair 11 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 inzibati tənbeh vermə haqqında 01 dekabr 2020- ci il tarixli, ******* nömrəli qərarının və həmin qərar əsasında hesablanmış 2100 (iki min yüz) manat dəbbə pulunun ləğv edilməsini, X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 nümayəndəsi Nümayəndə bildirdir ki, inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərarın qanunsuz və əsassızdır belə ki, X2 yuxarıda qeyd olunan mübahisəli qərardan 16 aprel 2021-ci il tarixdə, saat 10:52-də Səbail rayon İcra və probasiya şöbəsindən ona olunan zəng vasitəsilə məlumatı olmuş və ona bildirilmişdir ki, hazırkı mübahisəli qərar əsasında 3500 manat cərimə edilmiş və cərimə ödənilmədiyindən 2100 manat dəbbə pulu hesablanmışdır. Qərarla Qaradağ rayonu, Qızıldaş qəsbəsi ərazisində yerləşən transformator təmiri müəssisəsinin fəaliyyəti zamanı qanunla müəyyən olunmamış ərazidə müxtəlif növ tullantıların qalaqlanması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271, 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və həmin Məcəllənin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 manat cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, mübahisəli qərarla “qanunla müəyyən olunmamış ərazidə müxtəlif növ tullantıların qalaqlanmasının müəyyən edilməsi”nə baxmayaraq, X3 cərimə “tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə” tətbiq edilmişdir. Beləliklə, qərarın müəyyən etdi hissəsi ilə qərara aldı hissəsində inzibati cərimənin tətbiq edilməsi üçün əsas hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin dispozisiyası arasında hər hansı əlaqə mövcud deyil. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələsdirilməsi, tikintisi, istifadəsi qaydaları istehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin Qanuna əsasən bu fəaliyyət yalnız bu sahədə nizamnamə əsasında fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilir. Belə ki, İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, tullantıların emalı dedikdə — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət başa düşülür. Bu maddədin məzmununda qeyd edilən “toplanma” sözü “Qalaqlanma” sözü ilə eyni mənanı vermir və bu sözlər qanunvericiliklə fərqləndirilir. Belə ki, Qalaqlanma qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tənzimlənir və bu əmələ görə həmin maddə ilə məsuliyyət nəzərdə tutulur. Həmin Qanunun 10-cu maddənin 5-ci abzasında qeyd olunur ki, Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Hansı ki, X4 ümumiyyətlə tullantıların emalı və ya onlarının yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi fəaliyyəti ilə məşğul olan hər hansı müəssisinin vəzifəli şəxsi deyil və belə olan halda həmin norma və qaydalarının pozulmasına görə barəsində qəbul edilmiş qərar tamamilə əsassızdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, “qanunla müəyyən olunmamış ərazidə müxtəlif növ tullantıların qalaqlanması” əsası ilə də, X2 barəsində 3500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X9 tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsinin sanksiyasında ümumiyyətlə 3500 manat manat məbləğində hər hansı cərimənin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən 2100 (iki min yüz) manat dəbbə pulunun hesablanması da qanunsuz və əsasızdır. Bunun əsasları şikayətdə ətraflı qeyd olunmuşdur. Eyni zamanda, xüsusi olaraq qeyd edilməlidir ki, tullantıların qalaqlanması qaydalarının pozulması halı aşkar edildiyi halda belə X2 inzibati xəta hadisəsinə aidiyyəti yoxdur. Belə ki, sözügedən tranformator sexi X2 oğluna məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşir, həmin sex onun tərəfindən işlətmək üçün başqa şəxsə verilmiş və X2 həmin sexlə hər hansı əlaqəsi mövcud deyil. 2020-ci ilin yayında həmin sexdə yanğın hadisəsi baş vermiş və sexə xeyli məbləğdə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən dəymiş ziyan hesablanaraq, ziyanın bir hissəsi ödənilmişdir. Yanğın nəticəsində sex yararsız vəziyyətə düşdüyündən təmir və quraşdırma işlərinə başlanmış və yanmış vəziyyətdə olan tullantılar vaxtı-vaxtında maşınlarla daşınmışdır. X4 isə oraya yalnız baş vermiş yanğının fəsadlarının aradan qaldırılmasına köməklik məqsədi ilə gəlmişdir. 06 noyabr 2020-ci il tarixdə mülki formada olan 2 nəfər həmin ərazidən keçərkən darvazanın açıq olduğunu görərək həyətə yaxınlaşmış və orada X4 ilə rastlaşmışlar. Qeyd edilməlidir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarının kənarında, başqa şəxslər tərəfindən müxtəlif növ tullantıların qalaqlanması və yandırılması hallarına rast gəlinir ki, bu hallara qarşı da, istər X2 oğlu, istər orada olduğu müddətlərdə özü, istərsə də, sexi işlədən şəxs tərəfindən dəfələrlə iradların bildirilməsinə baxmayaraq, bu günədək müsbət nəticə əldə edilməmişdir. Hətta 2021-ci ilin may ayının əvvəllərində başqa şəxs tərəfindən həmin əraziyə -tullantıların atılması nəticəsində X2 oğlu ilə həmin şəxs arasında mübahisə yaranmış və oğlu tərəfindən həmin əraziyə atılan tullantılara görə atasının qanunsuz olaraq cərimə edildiyi bildirilmişdir. Beləliklə, X4 transformator sexində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini daimi və ya müvəqqəti icra etməmiş və həmin vəzifələr ona hər hansı səlahiyyət əsasında verilməmişdir. Eyni zamanda inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən onun vəzifəli şəxsin vəzifələrini icra etməsini təsdiq edən hər hansı sənədə (nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməsinə dair digər hüquqi akt), eyni zamanda onun həmin sexə aidiyyətinin olçnası faktına istinad edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsinə dair 11 saylı Regional və Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, ******* nömrəli qərarını və həmin qərar əsasında hesablanmış 2100 (iki min yüz) manat dəbbə pulunun ləğv edilməsini, X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin müdafiəçisini dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 01 dekabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən həmin idarəyə göndərilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində 11 X10 və Təbii Sərvətlər İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, ümumiyyətlə barəsində inzibati tənbeh vermə haqqına qərar çıxarılmış şəxs X2 iştirakı təmin edilməmiş, X2 ümumiyyətlə tullantıların emalı və ya onlarının yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi fəaliyyəti ilə məşğul olan hər hansı müəssisinin vəzifəli şəxsi olub-olmaması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Departamentinin 11 X10 və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Departamentinin 11 X10 və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Departamentinin 11 X10 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Departamentinin 11 X10 və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Departamentinin 11 X10 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-931/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-931/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver