Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-932/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0735/22 saylı 20 may 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gürcüstandan ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 60CB137/60ZA287 nömrəli yük nəqliyyat vasitəsində, İTD- 300322-1 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1811 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə BBGİ-nin İpək Yolu gömrük postunda baxış keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 1 ədəd “90YV0FQQ-M0NA00/RTX3070- O8G- NOCTUA” nişanlı video kard yükü bəyan edildiyi halda həmin yüklərdən faktiki olaraq 3 ədəd olduğu, yəni 2 ədəd üzərində “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G- NOCTUA’’ sözləri yazılmış video kard yükünün artıq olduğu aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan, MMC-də gömrük isləri üzrə nümayəndə vəzifəsində işləyən X2 xx.xx.2022-ci il tarixdə sorğu-sual edilmiş, o, Şəxs MMC-nin adına Gürcüstanın “İT-DİSTRİBUTİON LLC” şirkətindən 60CB137/60ZA287 nömrəli yük nəqliyyat vasitəsində İTD-300322-1 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş yüklərin göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən Bakı Baş Gömrük İdarəsində **********1811 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyan etdikləri yüklərə xx.xx.2022-ci il tarixdə BBGİ-nin İpək Yolu gömrük postunda baxış keçirilən zaman “Asus 90YV0FQQ- M0NA00/RTX3070-O8G-NOCTUA’’ markalı video kard yükünün sayının düzgün olmadığı, yəni gömrük organına 1 ədəd bəyan edilmiş yükün faktiki olarag 3 ədəd olduğunun aşkar edildiyini, həmin yükün sayının düzgün olmadığını mallara baxış keçirilən zaman öyrəndiklərini, “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G-NOCTUA” markalı video kard yükünün 2 ədəd artıq göndərildiyi barədə əvvəlcədən Şəxs MMC-də heç bir məlumat olmadığını, İTD-300322-1 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş yüklərin sifarişinin Şəxs MMC-nin direktoru olan Elçin Əkbərov tərəfindən verildiyini, belə ki, internet saytlarından malların qiymətini öyrəndikdən sonra göndərən “İT-DİSTRİBUTİON LLC” şirkəti ilə “votsap” yazışma vasitəsi ilə malların sifarişinin verildiyini, artıq aşkar edilmiş “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G-NOCTUA” markalı video kard yükünün 1 ədəd sifariş verildiyini, lakin, göndərən şirkətin artıq göndərdiyini, malların artıq olduğu aşkar edildikdən sonra göndərən şirkətlə əlaqə saxladıqlarını və yükləmə səhvi olduğunu, anbarda yükləmə zamanı işçinin malı artıq yüklədiyini öyrəndiklərini, gömrük qaydalarının pozulduğunu bildiklərini, gələcəkdə bir daha belə halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 2 ədəd qablaşdırma qutusunun üzərində “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G-NOCTUA” sözləri yazılmış video kard yükünün hər birinin ayrı-ayrılıqda və ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/0xx-xx/002150 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/2580 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd üzərində “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G- NOCTUA’’ markalanma göstəricisi olan video kardın xx.xx.2022-ci il tarixə ümumilikdə orta bazar qiymətinin təxminən 4400,00 manat olduğu müəyyən edilmişdir. Beləliklə, ümumilikdə orta bazar qiyməti 4400,00 manat olan 2 ədəd üzərində “Asus 90YV0FQQ- M0NA00/RTX3070-O8G-NOCTUA” markalanma göstəricisi olan video kardın gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi faktına görə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2580 saylı 12 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “Asus 90YV0FQQ- M0NA00/RTX3070-O8G-NOCTUA” markalanma göstəricisi olan video kardın xx.xx.2022ci il tarixə orta bazar qiyməti təxminən 2200,00 manat 2 ədədinin qiyməti isə 4400,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, ümumilikdə orta bazar qiyməti 4400,00 manat olan 2 ədəd üzərində “Asus 90YV0FQQ-M0NA00/RTX3070-O8G-NOCTUA” markalanma göstəricisi olan video kardın gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirildiyindən, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 4400,00 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 1320 (min üç yüz iyirmi) manat məbləğində cərimə edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2580 saylı 12 may 2022-ci il tarixli rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 4400,00 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 1320 (min üç yüz iyirmi) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-932/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-932/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver