Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-933/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini iş materiallarına əlavə etməmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında qərar 08 mart 2021-ci il tarixdə qəbul edilsə də, mübahisələndirilən qərardan şikayət xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı yaxın vaxtlarda əldə etdiyini qeyd etmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini buraxmış, eyni zamanda onun tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət iş materillarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-933/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-933/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver