Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-935/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli 00100-0746/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edib “xxxx” MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “İpək yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “xxxx” MMC-nin ünvanına Türkiyə Respublikasından VN648NV/AA187C nömrəli nəqliyyat vasitəsi ilə GEO**********025 nömrəli 04.02.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********0166 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-də bütün malların mənşə ölkəsi Türkiyə göstərildiyi halda, üzərlərindəki yazılara əsasən 3-cü mal mövqeyində: Geo 500 filter EPB22NFC Ufi 1011, Geo 900 ikron HHC01343, Geo 900 İkron HHC01922, Geo 900 İkron HHC01918 nişanlı, yanacağın təmizlənməsi üçün filtrlər, yükünün mənşə ölkəsi İtaliya, 31NFC Ufi 0211, Geo 500 filter EPB21NFC Ufi 0611 nişanlı, yanacağın təmizlənməsi üçün filtlər yükünün mənşə ölkəsi Çexiya, 5-ci mal mövqeyində qazma maşınları üçün ekran-monitor yükünün mənşə ölkəsi ABŞ olduğu aşkar edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin ünvanına Türkiyə Resblikasından VN648NV/AA187C nömrəli nəqliyyat vasitəsi ilə GEQ**********025 nömrəli 04.02.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********0166 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-də bütün malların mənşə ölkəsi Türkiyə göstərildiyi halda, üzərlərindəki yazılara əsasən 3-cü mal mövqeyində: Geo 500 filter EPB22NFC Ufi 1011, Geo 900 İkron HHC01343, Geo 900 ikron HHC01922, Geo 900 ikron HHC01918 nişanlı “yanacağın təmizlənməsi üçün filtrlər” yükünün mənşə ölkəsi İtaliya, 31NFC Ufi 0211, Geo 500 filter EPB21NFC Ufi 0611 nişanlı “yanacağın təmizlənməsi üçün filtrlər” yükünün mənsə ölkəsi Çexiya, 5-ci mal mövqeyində “qazma maşınları üçün ekran-monitor” yükünün mənsə ölkəsi ABŞ olduğu aşkar edilmişdir. Həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/006-24/000991 saylı, 15.02.2021-ci il tarixli məktubla müraciət etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/831 saylı, 31.03.2021-ci tarixli ekspert rəyinə əsasən, **********0166 saylı gömrük bəyannaməsinin 3-cü mal mövqeyində qeyd edilmiş 8 ədəd Geo 500 filter EPB22NFC Ufi 1011 (qutusunun üzərində istehsal İtaliya göstərilən Donaldson P169449 hidrovlik filter) yükünün 1 ədədinin qiyməti 47 manat olmaqla 8 ədədinin ümumilikdə qiyməti 376 manat, 20 ədəd Geo 900 ikron HHC01343 (qutusunun üzərində istehsal ölkəsi İtaliya göstərilən ikron HHC01343 hidrovlik filter) yükünün 1 ədədinin qiyməti 146 manat olmaqla 20 ədədinin qiyməti 2920 manat, 20 ədəd Geo 900 ikron HHC01922 (qutusunun üzərində istehsal ölkəsi İtaliya göstərilən ikron HHC01922 hidrovlik filter) yükünün 1 ədədinin qiyməti 100 manat olmaqla 20 ədədinin qiyməti 2000, 48 ədəd Geo 900 İkron 11918 nişanlı (qutusunun üzərində istehsal ölkəsi İtaliya göstərilən ikron HHC01918 nişanlı hidrovlik filter yükünün bir ədədinin qiyməti 60 manat olmaqla 48 ədədinin qiyməti 2880 manat, 20 ədəd 31NFC Ufi 0211 (qutusunun üzərində istehsal ölkəsi Çexiya göstərilən Parker Part: 930190Q modelli hidrovlik filter yükünün 1 ədədinin qiyməti 67 manat olmaqla 20 ədədinin ümumilikdə qiyməti 1340 manat. 10 ədəd Geo 500 fiitr EPB21NFC Ufi 0611 nişanlı yanacaq təmizlənməsi üçün filtirlər (qutusunun üzərində istehsal ölkəsi Çexiya göstərilən Parker Part: PR3437Q hidrovlik filter) yükünün 1 ədədinin qiyməti 70 manat olmaqla 10 ədədinin qiyməti 700 manat, 5-ci mal mövqeyində qazma maşınları üçün 3 ədəd ekran monitor (qutusunun üzərində istehsal ölkəsi ABŞ göstərilən "Danfos DP570-Q1-00-00-00-00-00-01-00-00-00 qazma (ekskavator) və ya digər texnikalar ücün idarəetmə ekran monitor) yükünün 1 ədədinin qiyməti 2672 manat olmaqla 3 ədədinin qiyməti ümumukdə 8016 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “xxxx” MMCnin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1166, 32 (bir min yüz altmış altı manat otuz iki qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş ) faizi məbləğdə, yəni 816 ( səkkiz yüz on altı ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-935/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-935/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver