Məhkəmə qərarları › İş №3(009)-936/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-936/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-936/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Bakı şəhər Səbail rayon prokurorunun köməkçisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhər Səbail rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail rayon prokurorluğundan Şəxs barəsində inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: 5RODS6F)- xx.xx.1993cü ildə Bakı şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Trio Chef-də qənnadçı işləyən, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi ev 6, mənzil 18-da qeydiyyatda olmaqla, 20 yanvar küçəsi 90-95, mənzil 29-da yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail rayon prokurorunun köməkçisi X1 Ayidə Məmməd qızı barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, qardaşlarını və həyat yoldaşını İcra Hakimiyyətinə çağırmış, onlara Şəxs yaxınlaşmamaqlarını bilirmişdirlər. Lakin qəbul etdikləri qərarla bağlı ona heç bir məlumat verməmiş, ünvana göndəriləcəklərini bildirmişdirlər. Nikahın pozulması üçün müraciat etdikdən sonra uşaqlarla birlikdə Türkiyəyə getmişdir. Ona və uşaqlara şiddət göstərirdi və bu uşaqlara pis təsir edirdi. Dəfələrlə ayrılmaq, bununla bağlı polisə müraciat etmək istəsə də qardaşları ona mane olmuşdur. Ona görə də bu yolla əl atmışdır. Azərbaycana qayıdan zaman yanvar ayında məktəbə müraciat etsə də qəbul etməmişdirlər, təkrar mart ayında müraciat etmışdır və qəbul etmişdirlər. 329 saylı məktəbdən sənədləri götürüb mart ayında qeydiyyat etdiyi məktəbə gətirmişdir. Məktəbə qeydiyyat zamanı Məryəmi psixoloqa aparmışdır. Məryəm çox qorxmuşdur hətta saçları dəhşətli dərəcədə tökülürdü. Atasının ona şiddət göstərirdii. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsinə əsasən təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən övladlarının təhsildən qərəzli olaraq məhrum etməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, övladlarını təhsildən yayındırmasına Şəxs münasibəti qərəzli olmamışdır. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 181.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar