Məhkəmə qərarları › İş №3(009)-937/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-937/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-937/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı Şəhər Statiska İdarəsinin rəisinin müavini X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı Şəhər Statiska İdarəsinin rəisinin müavini X5 Şəxs MMC brəsində tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xəta törədilməsini etiraf edərək Şəxs MMC tərəfindən 2020-ci ilin iilik malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında hesabatı mart ayının 15-dək təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2020-ci ilin (iilik) 1 istehsal (tikinti) nömrəli forma (malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında) hesabat mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən edilmiş vaxtda təqdim edilmədiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 15 aprel 2021-ci il tarixli, 1001 nömrəli məktubun surətindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 03 dekabr tarixli 132/09 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış (illik) 1-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) rəsmi statistika hesabatı mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilmədiyi nəzərə alınaraq, 21 aprel 2021-ci il tarixində saat 12.00-da Bakı Şəhər Statistika idarəsinə dəvət olunmuşlar. İş materiallarında olan X2 görünür ki, Şəxs MMC 2020-ci ilin (illik) 1 istehsal (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi) hesabatını 21.03.2021-ci il tarixdə, saat 20:04-də Bakı şəhər Statistika İdarəsinə təqdim etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC 2020-ci ilin (iilik) 1 istehsal (tikinti) nömrəli forma (malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında) hesabat mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən edilmiş vaxtda təqdim edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün 'azım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 389-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar