Məhkəmə qərarları › İş №3(009)-939/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-939/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-939/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X8 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 18 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 18 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsindədə İXM-nin 211.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 mart 2021-ci il tarixdə saat təxminən 21.30 radələrində Su idman Sarayaının dayanacağında etibarnamə ilə idarə etdiyi BMW X-5 minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşında nişanlısı X5 ilə söhbət etdiyi zaman Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşları yaxınlaşaraq tibbi maskadan istifadə etmədiklərini bildirmiş və ******* sayiı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Lakin, sonradan telefonuna gələn SMS-də onun İXM-nin 211.3-cü maddəsinə əsasən 200 manat cərimə oiunmağına dair 22 mart 2021-ci il tarixli qərar qəbui ediidiyi göstərilmişdir. Göstərilənlər nəzərə alınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 22 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və İXM-nin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X9 şikayətini müdafiə edərək göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə saat təxminən 21.30 radələrində Su idman Sarayaının dayanacağında etibarnamə ilə idarə etdiyi BMW X-5 minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşında nişanlısı X5 ilə söhbət etdiyi zaman Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşları yaxınlaşaraq tibbi maskadan istifadə etmədiklərini bildirmiş və ******* sayiı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5 onun nişanlısıdır. Yəni o maşında sərnişin olaraq əyləşməmişdir. Bu səbəbdən də tibbi maska taxmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilməsi dair 18 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X11 şikayətə etiraz edərək göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə saat 21.30 radələrində Su idman Sarayaının dayanacağında BMW X-5 minik markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmış və avtomobildə iki nəfər şəxsin tibbi maskasız olduğu aşkar edilmişdir. Buna görə də X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. X13 oğlu X5 ilə maşında olarkən tibbi maskadan istifadə etməmişdir. X1 nişanlısı olduğunu bildirsə də, həmin halı təsdiq edən sübutu təqdim etməmişdir. Protokol 211.2-ci maddə ilə tərtib olunsa da, qərar qəbul edilən zaman müəyyən olunmuşdur ki, X13 oğlu əvvəllər 211.2-ci çaddəsi ilə inzibati xəta törətmiş və barəsində tənbeh tədbiri tətbiq olunmuşdur. Hesab edir ki, 18 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 11.03.2021-ci il tarixdə X15 dayanacağında saat 21:30 radələrində ailə üzvü olmayan X5 ilə tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 18.03.2021-ci il tarixdə avtomobildə olarkən yanında sərnişin olduğu halda tibbi maskadan istifadə etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 11.03.2021-ci il tarixdə X15 dayanacağında avtomobildə olarkən yanında sərnişin olduğu halda tibbi maskadan istifadə etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin məlumatına əsasən avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Avtomobili idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil. Hazırki işdən görünür ki, X9 11.01.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “BMW X-5 minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən o, tək olmamış, onunla avtomobildə sərnişin qismində əyləşmiş X5 olmuşdur. Həmçinin şikayətçi tərəfindən digər sərnişin Sabrina Məhərrəmovanın onun ailə üzvü olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də şikayətçi avtomobilində həmin vaxt tək olmadığından onun tibbi maskadan istifadə etməsi zəruri olmuşdur. Halbu ki, həm qanunvericiliklə, həm də Nazirlə Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində tibbi maskadan və sair qoruyucu vasitələrdən istifadə edilməsi məcburi hesab edilmişdir. Məhkəmə X7 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və bununla razılaşmaq olmaz. Ona görə də məhkəmə hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 200 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X7 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİnin 8-ci PB-nin 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 18 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar