Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-94/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X13 nın şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Azroşen MMC-də əmək hüquqlarının pozulması barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 şikayəti əsasında , iş günü hesab edilməyən bayram və hüzn günləri qabağı iş saatı 1 saat qısaldılmamış, iş vaxtından artıq saatlara görə əməkhaqqına əlavə ödəniş hesablanmamış, son haqq-hesabın hesablanması zamanı nəzərə alınmaması, həmçinin 2023-cü ilin iyun ayında qeyri-iş günlərində işə cəlb olunduğu müəyyən edilməklə AR Əmək Məcəlləsinin 108.165 və 172.4 - cü maddələrinin tələblərinin pozulması səbəbi ilə Azroşen MMC barəsində AR İXM nin 192.4 - cü maddəsinə uyğun olaraq xx.xx.2023 - cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati qərarın qəbul olunması içün heç bir hüquqi əsas olmadığı üçün və tərəflərindən əmək qanunvericiliyinin tələbləri pozulmadığından Azroşen MMC barəsində AR İXM - nin 192.4 cü maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. X9 etdiyi şikayət hansı faktlarla təsdiq olunması mübahisələndirilən qərarda öz əksini tapmamışdır. Nəzərə çatdırılır ki, X14 hər il müvafiq əmrlərə əsasən məzuniyyətə çıxmısdır. 5 günlük iş rejimindən əlavə şənbə və bazar günlərində işləməmişdir, məzuniyyətə çıxmaması və şənbə və bazar günləri işləməsi barədə müfəttişliyə heç bir sənəd və sübut əlavə etməmişdir. Azroşen MMC - nin direktorı X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.- cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2023 - cü il tarixli qərarını ləğv edərək və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə əlavə təqdim edərək, Azroşen MMC - nin direktoru X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 -cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2023 - cü il tarixli qərarını ləğv edərək və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.X3 Akif Hüseyn oğlu tərəfindən AR İXM - nin 192.4 - cü maddəsinin hansı tələblərinin pozulması qeyd edilmədiyindən məhkəmə iclasında suala cavab olaraq əmək müfətişliyinin nümayəndəsi 08 noyabr 2019 - cu il, 08 may 2020 - ci il, 19 yanvar 2021 - ci il, 19 yanvar 2022 - ci il tarixlərdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi səbəbi ilə inzibati hüquqpozamanm yaranmasını bildirmişdir. İlk olaraq bildirmək istəyir ki , AR İXM - nin 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.Göründüyü kimi heç bir əsası və dəlili olmasa belə əmək müfətişliyi tərəfindən istinad olunan inzibati qanun pozuntusu halları 2019 - cu ildən 2022 - ci ilin yanvar ayına kimi olan müddətlər olduğundan müddət keçdiyindən inzibati tənbeh tətbiq edilə bilməz. Bundan başqa mübahisələndirilən qərarda inzibati təhbəhin verilməsi üçün səbəb olmuş hallar göstərilməsədə məhkəmə iclasında Əmək Müfətişliyi inzibati tənbehin tətbiq olunması əsası kimi tərəfimizdən təqdim olunmuş sənədlərə istinad olunduğu göstərmişdir. Bununla bağlı bildirmək istəyir ki , inzibati tənbehin tətbiq olunması üçün qanunvericilikdə nəzərdə tutulan müddət keçməsəydi belə , yenədə tərəfimizdən AR İXM - nin 192.4 - cü maddəsinin təsiri altına düşən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki , 08 noyabr 2019 - cu il, 08 may 2020 ci il , 19 yanvar 2021 - ci il , 19 yanvar 2022 - ci il tarixlərdə 1 saat əlavə işə cəlb olunmuş şəxslərə əlavə ödəniş təyin olunmuş və bununla bağlı müvafiq əmrlər verilmişdir. Həmin əmrlər şikayətə əlavə olunur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanuna uyğun qaydada araşdırma aparıldığını, X9 iş günü hesab edilməyən bayram və hüzn günləri qabağı iş saatı 1 saat qısaldılmadığından, iş vaxtından artıq saatlara görə əmək haqqına əlavə ödəniş hesablanmadığından, son haqq-hesabı hesablanması zamanı nəzərə alınmadığından, həmçinin 2023-cü ilin iyun ayında qeyri-iş günlərində işə cəlb olunduğu müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X9 iş günü hesab edilməyən bayram və hüzn günləri qabağı iş saatı 1 saat qısaldılmamış, iş vaxtından artıq saatlara görə əmək haqqına əlavə ödəniş hesablanmamış, son haqq-hesabı hesablanması zamanı nəzərə alınmamış, həmçinin 2023-cü ilin iyun ayında qeyri-iş günlərində işə cəlb olunduğu müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108, 165, və 172.4-cü maddəsinin tələblərini pozmuş, nəticədə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1000 (bir min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 18 noyabr 2019-cü il tarixli 196/1 saylı əmrdən çıxarışdan görünür ki, 01 oktyabr 2019– 31 oktyabr 2019-ci il oktyabr ayı üçün nəzərdə tutulan noyabr ayında ödənilən adları bu əmrə əlavədə qeyd olunan işçilərə göstərilən məbləğlərdə mükafatlar ödənilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsiniı 99-cu maddəsinə əsasən 08 noyabr 2019-ci il tarixində 1 (bir)saat iş vaxtından artıq işə cəlb olunmuş X10 əlavə ödəniş təyin edilmişdir. İş materiallarında olan 15 may 2020-ci il tarixli 91 saylı əmrdən çıxarışdan görünür ki, 2020-ci ilin 01 aprel 2020 - 30 aprel 2020-ci il aprel ayı üçün nəzərdə tutulan 2020-ci ilin may ayında ödənilən adları bu əmrə əlavədə qeyd olunan işçilərə göstərilən məbləğlərdə mükafatlar ödənilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən 08 may 2020-ci il tarixində 1 (bir )saat iş vaxtından artıq işə cəlb olunmuş X10 əlavə ödəniş təyin edilmişdir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli 13/1 saylı əmrdən çıxarışdan görünür ki, 2020-ci ilin 01 dekabr 2020 – 30 dekabr 2020-ci il dekabr ayı üçün nəzərdə tutulan 2021-ci ilin yanvar ayında ödənilən adları bu əmrə əlavədə qeyd olunan işçilərə göstərilən məbləğlərdə mükafatlar ödənilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən 19 yanvar 2021-ci il tarixində 1 (bir)saat iş vaxtından artıq işə cəlb olunmuş X10 əlavə ödəniş təyin edilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli 176/1 saylı əmrdən çıxarışdan görünür ki, 2021-ci ilin 01 dekabr 2021-31 dekabr 2021-ci il dekabr ayı üçün nəzərdə tutulan 2022-ci ilin yanvar ayında ödənilən adları bu əmrə əlavədə qeyd olunan işçilərə göstərilən məbləğlərdə mükafatlar ödənilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən 19 yanvar 2022-ci il tarixində 1 (bir)saat iş vaxtından artıq işə cəlb olunmuş X10 əlavə ödəniş təyin edilmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli 225/2 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasında 9 X18 qeyri iş günü hesab edilmiş, istehsalat zərurəti olması ilə əlaqədar adları qeyd olunan işçilər 09 may 2022-ci il tarixdə işə çağrılmış, işə cəlb olunan X10 Azərbaycan Respublikası Əmək məcəlləsinin 164-cü maddəsinə əsasən əmək haqqı ödənilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli 234/1 saylı əmrdən çıxarışdan görünür ki, 2022-ci ilin 01 aprel 2022-30 aprel 2022-ci il dövr üçün nəzərdə tutulan 2022-ci ilin may ayında ödənilən adları bu əmrə əlavədə qeyd olunan X10 göstərilən məbləğdə mükafat ödənilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli 71/2 saylı əmrdən çıxarışdan görünür ki, təhvil -təslim zərurəti olması ilə əlaqədar aşağıda adları qeyd olunan işçilər 26 iyun 2023-ci il tarixdən 30 iyun 2023-cü il tarixdə daxil olmaqla işə çağrılmış, işə cəlb olunan X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən əmək haqqı ödənilmişdir. İş materiallarında olan iyun ayı üzrə iş vaxtının uçotu tabelindən görünür ki, X14 25 iyun 2023-cü il tarixdə 7 saat işə cəlb edilmiş, qeyri-iş günləri- 26 iyun 2023-cü il, 27 iyun 2023-cü il, 28 iyun 2023-cü il, 29 iyun 2023-cü il, 30 iyun 2023-cü il tarixlərində X14 günlük 8 saat olmaqla işə cəlb edilmişdir. İş materiallarında olan əmək haqqlarının ödəniş cədvəlindən görünür ki, X7 hesabına iyun ayı üzrə iki qat əlavə ödənişlər daxil olmaqla 721.78 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “X12” ASC-nin 09 avqust 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X10 iyun ayı üzrə iki qat əlavə ödənişlər daxil olmaqla 721.78 manat məbləğində pul vəsaiti 04 iyul 2023-cü il tarixdə köçürülmüşdür . İş materiallarında olan 12 iyul 2023-cü il tarixli 79 saylı əmrdən görünür ki, "xxxx" MMC bölməsində “satış üzrə menecer, Mingəçevir anbarı” vəzifəsində işləyən X14 ilə bağlanmış 3E0CE15000200 nömrəli əmək müqaviləsinə Azərbaycan ƏM-nin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyalarını yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən 12 iyul 2023-cü il tarixdən xitam verilmişdir. İşçinin 01 avqust 2018-ci il tarixdən 12 iyul 2023-cü il tarixədək istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, həmin Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə sənədləri və iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X13 tərəfindən X9 iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılması təmin olunmuş, iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində ödənilmiş, X14 işdən çıxarılarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilmişdir. Bununla da məhkəmə hesab edir ki, X13 tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, inzibati xəta hadisəsi olmadıqdan şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53,76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-94/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-94/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver