Məhkəmə qərarları › İş №3(009)-940/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-940/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-940/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2022-ci il tarixli 00100-1046/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda plan Şəxs MMC-nin ünvanına Əlcəzairin “X6” şirkətindən X2 “X5 LTD” şirkətinin tapşırığı ilə SD080LQ/00130K nömrə nişanlı yük avtomaşınının üzərində olan CGMU5036971 nömrəli konteynerdə 015/2022 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə yer sayı 2710, netto çəkisi 21870,00 kq bəyan edilən qurudulmuş xurma yükünə xx.xx.2022-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük organına təqdim edilmiş **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından sözügedən yükün netto çəkisinin 21870,00 kq deyil, 24570,00 kq olduğu, yəni yükün netto çəkisinin 2700,00 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası"na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü mahn çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və_sj nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən xurma yükünün netto çəkisinin 21870,00 kq deyil, 24570,00 kq olduğu, yəni yükün netto çəkisinin 2700,00 kq artıq olduğu malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/010101 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/010777 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1259,70 manat, ƏDV üzrə 1738,39 manat olmaqla ümumilikdə 2998,09 manat təşkil edəcəkdir. Beləliklə də, Şəxs MMC **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2998,09 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Xocasən” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Əlcəzairdən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ, keçid 1595 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına SD080LO/00130K nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********0510 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsində **********0510 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından xurma yükünün netto çəkisinin 2700 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ, keçid 159Ş ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Əlcəzairdən SD080LO/00130K nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0510 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən “xurma” yükünün brutto çəkisinin 25860 kq, netto çəkisinin 21870 kq bəyan olunduğu halda, malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından xurma yükünün netto çəkisinin 2700 kq artıq olduğu aşkar edilmişdir. Gömrük yoxlaması həyata keçirildikdən sonra mallara AA 918616, AA 91817, 918618, 918619, 918620, 918621, 918622, 918623, 918624, 918625 nömrəli gömrük təminatları (stikirlər) tətbiq edilmiş, mallar Şəxs MMC tərəfindən Binə Ticarət Mərkəzində icarəyə götürülmüş anbara yerləşdirilərək gömrük nəzarəti altında saxlanılmış və Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi X3 həmin mallardan istifadə edilməməsi və üzərində sərəncam verilməməsi barədə xəbərdalıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan SHAKH CHEREZ MMC-nin ünvanına SD080LO/00130K nömrəli avtomaşınla, 015/2022 saylı xx.xx.2022 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə xurma yükünün netto çəkisi 2700 kq artıq olduğu məlum olmuşdur. Beləliklə, **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində mal çəkisi 2700 kq olduğu təqdirdə"xxxx" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 1259.70 azn, ƏDV üzrə 1738.39 azn, təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahatı alınmış, o, izahatında direktoru olduğu MMC müxtəlif ölkələrdən qida məhsullarının idxalını, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Əlcəzairin “X6” şirkətindən X2 “X5 LTD”şirkətinin tapşırığı ilə SD080LQ/00130K nömrə nişanlı yük avtomaşınının üzərində olan CGMU5036971 nömrəli konteynerdə qurudulmuş xurma yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş, qeyd edilən mallar Şəxs MMC tərəfindən sifariş edilmiş, MMC-yə məxsusdur, idxal edilən mallar Shakh Cherez”MMC və X2 X5 LTD”şirkəti arasında bağlanmış 004/2022 nömrəli xx.xx.2022-ci il tarixli mügavilə əsasında sifariş edilmiş, idxal edilmiş şəkildə həyata keçirilmiş, idxal edilmiş mallara dair mal-müşayiət sənədləri göndərildikdən sonra şirkət tərəfindən həmin mallara dair **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi gömrük organına malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təgdim edilmiş, mallara “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən 2700,00 kg artığ çəki aşkar edilmiş, həmin çəki xurmanın netto çəkisi deyil, gablasdırılmasının çəkisidir, yəni brutto çəkisidir, artığ aşkar edilən 2700,00 kg yükü göndərən şirkət tərəfindən netto çəkidə deyil, brutto çəkidə nəzərə alındığından, şirkət tərəfindən gömrük organına təgdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilməmiş, “Shakh Cherez" MMC tərəfindən həmin mallar qutu sayı ilə sifariş edilmiş, SD080LQ/00130K nömrə nişanlı yük avtomaşınının üzərində olan CGMU5036971 nömrəli konteynerdə 1 kg-lıg 12 ədəd qutunun və 0,600 kg-lıg 935 ədəd kiçik qutunun göndərilməsi nəzərdə tutulmuş, həmin qutularda olan xurmanın xalis çəkisi, yəni netto çəkisi isə 21870,00 kg təşkil edir, sözügedən mallara “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən SD080LQ/00130K nömrə nişanlı yük avtomaşınının üzərində olan CGMU5036971 nömrəli konteynerdə olan malların həgigətən də 1 kg-lıq 12 ədəd qutunun və 0,600 kg-lıq 935 ədəd kiçik qutudan ibarət olduğu müəyyən edilmiş, beləliklə də, nəqliyyat vasitəsində olan malların qutu sayısı, yer sayısı **********0510 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində göstərilənlərlə uyğunluq təşkil etmişdir. Həmçinin, o izahatında bildirmişdir ki, elektron qaimədən də göründüyü kimi şirkət tərəfindən xurma yükünün satışı həyata keçirilərkən onların xalis çəkisi nəzərə alınır, yəni qablaşdırılması nəzərə alınmadan satışı həyata keçirilir, bir gənc sahibkar olduğunu nəzərə alarag bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 2998.09 (iki min doqquz yüz doxsan səkkiz manat doqquz qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 2098 AZN (iki min doxsan səkkiz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar