Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-941/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hayrulla oğlunun, X1 iştirakları ilə, 10 iyul 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yerləşən “Nardin” otelində yaşayan Şəxs Hayrulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Hayrulla oğlunun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə sahə inspektoru X9 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində vətəndaş X6 DİN-nin 102 xidmətinə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Türkiyə Respublikası vətəndaşı olan Deniz Kaya adlı şəxsə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsinde yerləşən "Borani" restoranı yaxınlığında Türkiyədə yaşayan dostunu tapması məqsədilə 180 AZN pul məbleği vermişdir, lakin həmin şəxsin vədinə əməl etməmişdir. ünvan 2 ünvanında yaşayan X4 ərizə ilə müraciət edərək özünü Türkiyə Respublikası vətəndaşı kimi təqdim edən Dəniz Kaya adlı şəxsə Türkiyə Respublikasında yaşayan Sərkan adlı tanışını tapmaq üçün 180 AZN pul məbləği vermiş, lakin sonuncunun verdiyi pul məbləğini ələ keçirərək verdiyi vədə əməl etməmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs Hayrulla oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Hayrulla oğlu bildirmişdir ki, X2 Türkiyə Respublikasında yaşayan Sərkan adlı tanışını tapmaq üçün 180 AZN pul məbləği almış, lakin onun verdiyi pul məbləğini ələ keçirərək verdiyi vədə əməl etməmişdir. Hazırda onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, özünü Türkiyə Respublikası vətəndaşı kimi təqdim edən Dəniz Kaya adlı şəxsə Türkiyə Respublikasında yaşayan Sərkan adlı tanışını tapmaq üçün 180 AZN pul məbləği vermişdir. Lakin onun verdiyi pul məbləğini ələ keçirərək verdiyi vədə əməl etməmişdir. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs Hayrulla oğlu ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Elmar Məmmədov tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qərarla fakt üzrə X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın müvafiq əməkdaşlara təqdim olunması qərara alınmışdır. 12 may 2023-cü il tarixli qərardadla Şəxs Hayrulla oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 12 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında yaşayan dostunu tapmaq üçün Şəxs Hayrulla oğluna 180 manat pul vermiş, lakin həmin şəxs vədinə əməl etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəymiş ziya ödənilmişdir, Şəxs Hayrulla oğlu ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Hayrulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Hayrulla oğlu oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-941/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-941/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver