Məhkəmə qərarları › İş №3(009)-942/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-942/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-942/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, m.3 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri 1 saylı Notariat Kontorunun 722745 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10020 manat pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası üçün xx.xx.2022-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, ona rəsmi qaydada qərar və bildirişin surəti təqdim olunmuş, həmin tarixdə icra sənədinin icrası ilə bağlı izahatı alınmışdır. X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilən 10020 manat borc məbləğini hissə-hissə hər ay 500 manat olmaqla borclu ilə aralarında qarşılıqlı razılaşma əldə etdiklərini bildirmişdir. Bundan sonra tələbkar xx.xx.2022-ci il tarixdə şöbədə olarkən, 500 manat pul vəsaitinin borclu tərəfindən ona ödənilməsinə dair qəbz yazmışdır. Tələbkar şifahi formada şöbəyə müraciət edərək borclu tərəfindən qarşılıqlı razılaşmanın şərtinin pozulduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Bununla bağlı borcludan xx.xx.2022-ci il tarixdə izahat alınmışdır. O, verdiyi izahatında bu günə qədər tələbkarın xeyrinə 825 manat pul ödədiyini, borc məbləğini tam şəkildə ödəyə bilməməyinin maddi durumu ilə bağlı olduğunu, hal-hazırda ödəniş edə bilməyəcəyini, lakin sabah 100 manat ödəyə biləcəyini qeyd etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilən 10020 manat borc məbləğini hissə-hissə hər ay 500 manat olmaqla borclu ilə aralarında qarşılıqlı razılaşma əldə etmişlər. Lakin bundan sonraki vaxtlarda bu günə qədər borclu tərəfindən ona ümumilikdə 1000 manatdan bir az çox məbləğdə ödəniş edilmiş, daha sonra isə ödəniş edilməsi dayandırılmışdır. Həmçinin bildirmişdir ki, bu yaxınlarda borclunun əlinə külli miqdarda vəsaitin daxil olması haqqında ona məlumat verilmişdir, lakin borclu ona borcunu qaytarmaq əvəzinə evini təmir etdirmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkarın dedikləri ilə razıdır. Belə ki, onun əlinə yaxın vaxtlarda kifayət məbləğdə pul vəsaiti keçməsinə baxmayaraq, o, evini təmir etdirmişdir. Niyyəti isə evi təmir etdirib baha qiymətə satandan sonra tələbkarın borcunu ödəmək imiş. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri 1 saylı notariat kontorunun 722745 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Şəhəri 1 saylı Notariat Kontorunun 722745 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10020 manat pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası üçün xx.xx.2022-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, ona rəsmi qaydada qərar və bildirişin surəti təqdim olunmuş, həmin tarixdə icra sənədinin icrası ilə bağlı izahatı alınmışdır. X2 26.0T.2022-Cİ il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilən 10020 manat borc məbləğini hissə-hissə hər ay 500 manat olmaqla borclu ilə aralarında qarşılıqlı razılaşma əldə etdiklərini bildirmişdir. Bundan sonra tələbkar xx.xx.2022-ci il tarixdə şöbədə olarkən, 500 manat pul vəsaitinin borclu tərəfindən ona ödənilməsinə dair qəbz yazmışdır. Tələbkar şifahi formada şöbəyə müraciət edərək borclu tərəfindən qarşılıqlı razılaşmanın şərtinin pozulduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Bununla bağlı borcludan xx.xx.2022-ci il tarixdə izahat alınmışdır. O, verdiyi izahatında bu günə qədər tələbkarın xeyrinə 825 manat pul ödədiyini, borc məbləğini tam şəkildə ödəyə bilməməyinin maddi durumu ilə bağlı olduğunu, hal-hazırda ödəniş edə bilməyəcəyini, lakin sabah 100 manat ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar