Məhkəmə qərarları › İş №3(009)-942/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-942/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-942/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Göyçay rayonu, Nizami küçəsi, ev 59 qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmir. Həmçinin 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10000 (on min) manat və dövlət rüsumu üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü ildə icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar əsasında Səbail Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023cü il tarixində icraata qəbul edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra xx.xx.2023-cü ildə borclu Şəxs yaşadığı ünvana çağırış vərəqəsi göndərilərək şöbəyə dəvət edilmişdir. Lakin məktub xx.xx.2023-cü il tarixdə borclunun həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış və xx.xx.2023-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu izahatında hazırki tarixədək icra sənədi üzrə borc məbləğindən 150 (bir yüz əlli) manat vəsaitin tələbkarın poçt hesabına ödənildiyini bildirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə 650 (altı yüz əlli) manat vəsaitin tələbkarın poçt hesabına ödənilməsi tərəflərindən təmin edilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə tələbkarın hesabına 1500 (bir min beş yüz) manat vəsaitin ödənilməsinə dair öhdəlik götürmüş və bu barədə ondan iltizam alınmışdır. Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə tələbkarın hesabına 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixində isə, 1000 (bir min) manat vəsaitin ödənilməsi təmin edilmişdir. Ümumilikdə icra sənədi Səbail Rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra cəmi 3100 (üç min yüz) manat vəsait tələbkarın hesabına ödənilmişdir. İcra sənədi üzrə qalıq borc 7020 (yeddi min iyirmi) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs ümumilikdə icra sənədi Səbail Rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra 3100 (üç min yüz) manat vəsaiti tələbkarın hesabına ödəmişdir. Qalıq borc 7020 (yeddi min iyirmi) manat məbləğ ödənilməsi üçün Şəxs yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, hər ay borcunu ödəyir. Yaşayış ünvanının dəyişməsi barədə Səbail Rayon İcra şöbəsinə arayış təqdim etmişdir. Həmçinin bildirmişdir ki, ailəlidir, iki azyaşlı övladı var və ailəni yeganə dolandıran şəxs odur. Hal-hazırda fəhlə işləyir və borcu birdəfəlik ödəməyə imkanı çatmır. Şəxs hazırda məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili X4 izahatında bildirmişdir ki, şəxs tərəfindən 15 fevral 2024-cü il tarixdə yaşayış yeri barədə arayış icra şöbəsinə təqdim edilib. Həmçinin bildirmişdir ki, şəxsin axtarışa verilməsi qanunsuzdur. Belə ki, şəxs icra şöbəsi tərəfindən çağırıldığı zaman gəlir və ödənişləri vaxtında edir. Ödənişləri etdikcə qəbzləri icra məmuruna şəxsən göndərir. Həmçinin icra məmurunun bunun əksi barədə sübutu yoxdur ki, şəxs şöbəyə çağırılıb, lakin o, gəlməkdən boyun qaçırıb. Bundan başqa şəxs xx.xx.2024-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə isə 200 (iki yüz) manat pulu tələbkarın hesabına ödəmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçisinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və qətnaməsinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat borc və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)- 1550/2022 saylı icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhər Səbail Rayon İcra şöbəsinin çağırış vərəqəsinə əsasən, Şəxs 25 oktyabr 2023-cü il il tarixdə, saat 11:00 üçün icra şöbəsinə çağırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Şəxs 1500 (bir min beş yüz) manat ödəniş edəcəyini öz öhdəsinə götürmüşdür. 26 dekabr 2023-cü il tarixli qərarla Bakı şəhər Səbail Rayon İcra şöbəsində Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 177 nömrəli arayışdan görünür ki, Şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Bakı şəhər Səbail Rayon İcra şöbəsinə ünvanladığı cavabdan görünür ki, Şəxs və ailə üzvlərinə məxsus Göyçay rayonu, Potu kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən qadağa qoyulmuşdur. Məhkəmə iclası zamanı təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə isə 200 (iki yüz) manat pulu tələbkar X3 hesabına ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə və əsasən borclu Şəxs 10120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü ildə icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar əsasında Səbail Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra xx.xx.2023-cü ildə borclu Şəxs yaşadığı ünvana çağırış vərəqəsi göndərilərək şöbəyə dəvət edilmişdir. Lakin məktub xx.xx.2023-cü il tarixdə borclunun həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış və xx.xx.2023-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu izahatında hazırki tarixədək icra sənədi üzrə borc məbləğindən 150 (bir yüz əlli) manat vəsaitin tələbkarın poçt hesabına ödənildiyini bildirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə 650 (altı yüz əlli) manat vəsaitin tələbkarın poçt hesabına ödənilməsi tərəflərindən təmin edilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə tələbkarın hesabına 1500 (bir min beş yüz) manat vəsaitin ödənilməsinə dair öhdəlik götürmüş və bu barədə ondan iltizam alınmışdır. Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə tələbkarın hesabına 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixində isə, 1000 (bir min) manat vəsaitin ödənilməsi təmin edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat pulu tələbkar X3 hesabına ödəmişdir Ümumilikdə icra sənədi Səbail Rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra borclu Şəxs tərəfindən 3450 (üç min dörd yüz əlli) manat vəsait tələbkarın hesabına ödənilmişdir. İcra sənədi üzrə qalıq borc 6670 (altı min altı yüz yetmiş) manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar