Məhkəmə qərarları › İş №3(009)-944/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-944/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-944/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası İXM-nin 330.0.2ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokolla razılaşmadığı üçün Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nə şikayətlə müraciət etmişdir. Həmin müraciətinin cavabını gözlədiyi üçün barəsində tərtib edilmiş TP ******* nömrəli xx.xx.2022ci il tarixli qərardan məhkəməyə şikayət verməmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli 046- 19384H-3222 nömrəli məktubla cavab verilərək protokolun əsaslı olması bildirilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar əsassızdır. Belə ki, təqdim edilən görüntüdən də açıq aydın görünür ki, piyada hərəkət edən vətəndaş yolu keçərkən piyada keçidinin üzəri ilə deyil oradan bir qədər aralı hərəkət edir . Bu isə onun əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. Maddənin məzmunundan da görünür ki, o, piyadaya yol verilməməsinə görə cərimə olunmuşdur. İşin faktiki hallarından aydın olur ki, piyada yolun hərəkət hissəsində müəyyən olunmuş piyada keçidindən keçmir. Göründüyü kimi o, yolun hərəkət hissəsində müəyyən olunmuş piyada keçidindən keçməyərək öz vəzifəsini yerinə yetirməyən piyadaya görə haqsız olaraq cərimə olunmuşdur. Bu isə “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbində göstərilən tərkibi yaratmır. Həmin maddəyə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Sözügedən piyada keçidə daxil olmadığından onun nəqliyyat vasitəsini dayandırıb piyadaya yol vermək kimi heç bir vəzifəsi yoxdur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, X2 barəsində qəbul edilmiş qərar qanunidir qüvvədə saxlanılmalıdır. Belə ki, X4 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota” markalı H028025 dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin R.Zorge küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə zidd olaraq yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol vermədiyinə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağı «TŞ» kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqa zidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmədən barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassız olduğundan onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan şikayət ərizəsini təmin etmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 27 aprel 2022-ci il tarixdə saat 16:58-də idarə etdiyi TOYOTA PRADO MİNİK markalı H028025 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Rixard Zorge 1 ərazisində Yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X3 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota” markalı H028025 dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin R.Zorge küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə zidd olaraq yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol vermədiyinə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağı «TŞ» kameralarında qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Toyota” markalı H028025 dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin R.Zorge küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota” markalı H028025 dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin R.Zorge küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə zidd olaraq yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X7 İdarəsinin Bakı şəhər DYPİ-nin 10 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar