Məhkəmə qərarları › İş №3(009)-946/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-946/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-946/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 8-ci PB-nin sahə inspektoru Anar Bəxtiyarovun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş Z.Ağayevanın müraciəti əsasında hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına və Polis Bölməsində olan əməkdaşlara müqavimət göstərmiş və onların şərəf və ləyaqətini alçaltmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin məsul növbətçisi Emil Hüseynzadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, növbədə olduğu zaman saat təqribən 03:00 radələrində ƏÇPA-nm 4-cü PB-nin əməkdaşları tərəfindən polisin qanuni tələblərinə tabe olmadığına görə PB-nə gətrilmiş vətəndaş Şəxs şəxsiyyətini müəyyən etdikdən sonra onu nizam intizama və bölmənin iş rejimini pozmamağa dəvət etməyinə baxmayaraq həmin şəxs sərxoş halda polisin ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabesizlik göstərməyə davam etmişdir. Bu səbəbdən vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verməsi üçün Səbail RPİ-nin 8-ci PB-nin rəisinə raportda müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokolundan görünür ki, Şəxs 17 aprel 2024-cü il tarixdə saat 06:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 8-ci PB-nin sahə inspektoru Anar Bəxtiyarov protokolun məzmununa uyğun ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yaşadığı evin yaxınlığında dayanan maşının içərisində bir qiz ilə oğlan olduğunu gördüşdür. Onların hərəkətləri xoşuna gəlmədiyi üçün daş parçası ilə həmin maşına yaxınlaşaraq maşının şüşəsini sındırmışdır. Həmin zaman sərxoş olmuşdur. Etdiyi bu əmələ görə özünü təqsirli bilir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında iştirak edən müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X4, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasına etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxsnın barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin 17 aprel 2024-cü il tarixindən saat 06:10-dan hesablanmalıdır. Həmçinin məhkəkə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən, Şəxs inzibati xətanı sərxoş halda törədilməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirərək polisin qanuni tələblərinə tabe olmamasını onun vəziyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 aprel 2024-cü il tarix saat 06:10dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X3 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar