Məhkəmə qərarları › İş №3(009)-947/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-947/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-947/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 19795637 saylı elektron qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 17:28-də Bakı (Səfəvilər) Balaxanı ünvanında VAZ 2102 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İXM-nin 339.1-1 -ci maddəsinə əsasən nəqliyyat vasitəsini ‘‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə barəsində tənbeh tətbiq edilmişdir. Qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarı aşağıdakı göstərilən səbəblərə görə əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. İlk öncə bildirmişdir ki, mülkiyyətində qəbul olunmuş qərarda qeyd olunan VAZ 2102 minik markalı, 10MK340 dövlət qeydiyyat nişanlı avtomobil yoxdur. Nə də hər hansı etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmir. Ümumiyyətlə sürücülük vəsiqəsi olsa da uzun müddət avtomobil sürmədiyindən maşın sürməyi da yadırğamışdır. DİN Baş X6 İdarəsi isə o maşının ona aid olduğuna dair heç bir sübütları olmadan kobud qanun pozutusuna yol verərək cərimə etmişdir. Cərimə olunmağına səbəb olan maşını ümumiyyətlə görməmişdir. Yaxından uzaqdan o maşınla əlaqəsi yoxdur. Hansı əsasla cərimə etdiklərini başa düşmür. İnzibati məsuliyyətə cəlb olunmağında bağlı inzibati tənbeh vermə haqqında qərar şəxsə aprel ayının 1-i 2024-cü ildə gəldikdən sonra (əlavə olunur), qərarın ləğv olunması ilə bağlı xx.xx.2024-cü ildə DİN Baş X6nə şikayət ərizəsi göndərsə də hələ də ona hansısa cavab gəlməmişdir. Beləliklə də üzləşdiyi qanunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bildirmək istəyir ki, Daxili İşlər Nazirliyinin Baş X6 arəsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki halllarına uyğun deyil. Qeyd olunanların nəzərə alınması və Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 19795637 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, inzibati xəta pozuntusunun olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, onu avtomobili texniki baxışdan keçirmədiyi üçün cərimə ediblər. Halbuki, həmin nəqliyyat vasitəsi onun sərəncamında deyil. Haqsız yerə cərimə olunduğunu və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X6 İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 17:28-də idarə etdiyi “VAZ2102 minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı, Səfəvilər (Balaxanı) ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan “Elektron notariat” AİS-dən çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2038-ci ilədək X3 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri 28 saylı notariat ofisinə daxil olmuş ərizədən görünür ki, X4 etibarnamə ilə bağlı ona verilmiş hüquqlardan imtina etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:28də “VAZ2102 minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı, Səfəvilər (Balaxanı) ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X2 iştirakının təmin edilibedilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X4 tərəfindən idarə edilməsi, habelə X1 olub-olmaması araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olubolmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin EQ seriyalı 19795637 nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar