Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-948/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin böyük icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Qəhrəmanov küçəsi, məhəllə 15, yataqxana 1, ev 5 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)- 720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməlidir. Cavabdeh Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz əlli) manat cavabdeh Şəxs tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: X1, kod 210005, VÖEN: **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs şöbəyə ərizə ilə müraciət edərək məhkəmə prosesi zamanı icra sənədində sözügedən mənzildə icra sənədində göstərilən qurğuların (sanitar qovşağı və kommunikasiya xətləri) sənədləşməsi barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirmiş və edilmiş müraciətinin təmin edildiyini, hazırda xx.xx.2021-ci il tarixli, invetnar nömrəsi: 04/505, xx.xx.2021; reyestr nömrəsi: **********22-05101-093005 saylı yeni texniki pasport tərtib olunaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirilərək borclunun istifadəsinə verilmişdir. Bu səbəbdən borclu icra sənədinin icrasının mümkün olmadığını iddia edir. Tələbkar Zərərçəkmiş şəxs isə məhkəmə prosesi zamanı əvvəlki texniki pasportun qüvvədə olduğunu əsas göstərərək icra sənədinin icrasını təmin edilməsini tələb edir. Belə ki, icra sənədinin icrası zamanı anlaşılmazlıq yarandığından xx.xx.2023-cü il tarixdə izahla məhkəməyə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən izahba bağlı verilmiş icra məmurunun ərizəsi təmin edilməmişdir. Daha sonra borclu Şəxs Səbail rayon məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Səbail rayon məhkəməsinin 8(009)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra icra sənədinin icrası ilə bağlı tərəfimizdən sözügedən ünvana baxış Kilərkən cavabdeh Şəxs həmin mənzildə texniki Гnədlərdə olmayan kommunikasiya xətlərini ləğv etdiyi məlum olmuşdur. Həmçinin Tərəfimizdən icra sənədində göstərilən maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat pul vəsaiti borclu Şəxs alınaraq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilmişdir. Sonrakı dövrdə borclu Şəxs şöbəyə dəvət edilmiş və ondan izahatı almmşdır. İzahatında icra sənədi üzrə tələbi qismən təmin etdiyini, yalnız yeni texniki pasportda sanitar qovşağı öz əksini tapdığına görə icra sənədini həmin hissədə icra etmədiyini, sözügedən ünvanda ümumi istifadədə olan hamam və mətbəx otağından istifadənin tanınmasına dair məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Həmçinin izahatında hazırda yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna şikayət etdiyini, həmin məhkəmə yekunlaşdıqdan sonra icra sənədi üzrə tələbi icra edəcəyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, elektrik xətlərini sökmək üçün bankdan 1000 manat məbləğində kredit götürmüşdür. 333 manat dəymiş ziyanı ödəmiş və texniki sənədlərdə olmayan kommunikasiya xətlərini sökmüşdür. Yəni icra sənədini qismən icra etmişdir. Onda olan hazırki texniki pasportda evin sanitar qovşağı göstərilmiş, lakin qətnamə çıxarılan zaman məhkəməyə təqdim edilən texniki pasportda sanitar qovşağı göstərilməmişdir. İcra sənədini yalnız bu hissədə icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclunun icra sənədini tam icra etməsini tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Səbail rayon məhkəməsinin 2(009)- 720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməlidir. Cavabdeh Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz əlli) manat cavabdeh Şəxs tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: X1, kod 210005, VÖEN: **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs şöbəyə ərizə ilə müraciət edərək məhkəmə prosesi zamanı icra sənədində sözügedən mənzildə icra sənədində göstərilən qurğuların (sanitar qovşağı və kommunikasiya xətləri) sənədləşməsi barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirmiş və edilmiş müraciətinin təmin edildiyini, hazırda xx.xx.2021-ci il tarixli, invetnar nömrəsi: 04/505, xx.xx.2021; reyestr nömrəsi: **********22-05101-093005 saylı yeni texniki pasport tərtib olunaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirilərək borclunun istifadəsinə verilmişdir. Bu səbəbdən borclu icra sənədinin icrasının mümkün olmadığını iddia edir. Tələbkar Zərərçəkmiş şəxs isə məhkəmə prosesi zamanı əvvəlki texniki pasportun qüvvədə olduğunu əsas göstərərək icra sənədinin icrasını təmin edilməsini tələb edir. Belə ki, icra sənədinin icrası zamanı anlaşılmazlıq yarandığından xx.xx.2023-cü il tarixdə izahla məhkəməyə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən izahba bağlı verilmiş icra məmurunun ərizəsi təmin edilməmişdir. Daha sonra borclu Şəxs Səbail rayon məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Səbail rayon məhkəməsinin 8(009)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra icra sənədinin icrası ilə bağlı tərəfimizdən sözügedən ünvana baxış Kilərkən cavabdeh Şəxs həmin mənzildə texniki Г-nədlərdə olmayan kommunikasiya xətlərini ləğv etdiyi məlum olmuşdur. Həmçinin Tərəfimizdən icra sənədində göstərilən maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat pul vəsaiti borclu Şəxs alınaraq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilmişdir. Sonrakı dövrdə borclu Şəxs şöbəyə dəvət edilmiş və ondan izahatı almmşdır. İzahatında icra sənədi üzrə tələbi qismən təmin etdiyini, yalnız yeni texniki pasportda sanitar qovşağı öz əksini tapdığına görə icra sənədini həmin hissədə icra etmədiyini, sözügedən ünvanda ümumi istifadədə olan hamam və mətbəx otağından istifadənin tanınmasına dair məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Həmçinin izahatında hazırda yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna şikayət etdiyini, həmin məhkəmə yekunlaşdıqdan sonra icra sənədi üzrə tələbi icra edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-948/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-948/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver