Məhkəmə qərarları › İş №3(009)-95/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-95/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-95/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3, Qərarından şikayət olunan Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Səbail Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, 109 saylı qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin İnzibati Tənbeh vermə haqqında 109 №-li, 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 02 dekabr 2022-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, X5 İşlərə baxan vəzifəli şəxs X9 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edərək göstərilmişdir ki, o, 500 manat məbləğində cərimə olunmuşdur. Lakin 2023-cü ilin dekabr ayında ona məlum olmuşdur ki, inzibati tənbeh vermə haqqında qərar onun barəsində tərtib olunmuşdur. Göründüyü kimi, işin faktiki halları təhrif edilmiş, düzgün araşdırma aparılmamış, mötəbər sübutlar toplanmamış və nəticədə guya xx.xx.2022-ci il tarixdə Səbail rayonu “Traktor Baza” adlanan yerdə müvafiq İcra Hakimiyyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı aşkar olunmuşdur. O, öz həyətində 5 daş tikinti işləri aparmış və orada kubik daşları olub. Gəlib iradlarını bildirdikdə o özü həmin tikilini sökmüşdür. Onun barəsində heç bir protokol və ya başqa cəza tətbiq olunmayıb. Eləcə də bir il müddət ötəndən sonra qərar ona təqdim olunmuşdur. Həmçinin göstərilən protokol tərtib olarkən onun xəbəri və iştirakı olmayıb. Ona görə də o, qanunsuz cərimə ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda yazdığı hüquqi faktlara və sübutlara istinad edib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125, 421 məddələrini rəhbər tutaraq, məhkəmədən, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin İnzibati Tənbeh vermə haqqında 109 №-li, 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi X6 şikayəti müdafiə edərək, Səbail Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, 109 saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8-ci Polis Bölməsinin sahə inspektoru X1 izahatında bildirmişdir ki, o, sözügedən ərazidə sahə inspektorudur, taxta baza adlanan yerdə SOCAR-ın ərazisində qanunsuz tikinti işləri aparıldığınından həmin qanunsuz tikintini onu aparmışlar şəxslərə sökdürmüşlər və şəxsin barəsində protokol tərtib edilərək qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam veriləməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli, 109 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Səbail Rayonu 8-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolu müzakirə edərək, 24 avqust 1998-ci ildə Ağcabədi rayonunun, Cəfərbəyli kəndində anadan olan X6 02 dekabr 2022-ci il tarixdə Səbail rayonu, “Traktor Baza” adlanan yerdə müvafiq İcra Hakimiyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında verilmiş ifadələri ilə, habelə inzibati xəta haqqında qəbul etmiş orqan tərəfindən təqdim edilmiş fotoşəkillər ilə həmin ərazidə qanunsuz tikinti işlərinin aparılması öz təsdiqini tapır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 47.4.5-ci maddəsinə əsasən sifarişçi müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar X5 islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, yalnız formal mülahizələrə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli, 109 saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X3, Səbail Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, 109 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Səbail Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, 109 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar