Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-950/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 08 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X10 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 01 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə çıxarılmış 08 aprel 2024-cü il tarixli, MN ******* inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX Bakı şəhər İdarəsinin müfəttişi X7 barəsində xx.xx.2024-ci il tarixli MN № ******* saylı inzbati xəta haqqında protokol tərtib etmiş və sonradan həmin protokol əsasında həmin idarənin rəisi X18 tərəfindən xx.xx.2024-cu ildə mənim barəsində inzibati tənbeh vermə haqqında MN №1612691 nömrəli qərar qəbul edilmişdir. Protokoldan və onun əsasında qəbul edilmiş qərardan görünür ki, rəhbərlik etdiyim Bakı şəhəri Səbail rayonu 110 saylı uşaq bağçasında aşbaz işləmiş X2 əmək müqaviləsinə xx.xx.2023-cu ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən xitam verilmişdir. 2023-cu 21-22 aprel tarixlərində ƏM-nin 108-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılmamışdır və nəticədə İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də barəsində 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Protokolla və onun əsasında qəbul edilmiş qərarla razı olmadığını və aşağıda göstərdiklərinə əsasən qərarın ləğv edilməsini istəyir: 1) inzibati xəta haqqında protokolun bir nüsxəsi rəsmi qaydada ona məlumat üçün göndərilərək inzibati xəta haqqında işə baxılmasında iştirak etmək uçun xx.xx.2024cü ildə idarəyə dəvət edilmişdir. Protokola etirazını yazılı surətdə xx.xx.2024-cu il tarixdə idarəyə təqdim etmişdir. X5 da protokola öz etirazını yazılı qaydada həmin tarixdə idarəyə təqdim etmiş, idarəyə dəvət edilmələrinə baxmayaraq X10 və Aybəniz Zeynalovanın izahatları alınmadan, iştirakları olmadan inzibati xəta haqqında işə baxılaraq protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərarın surəti oan göndərilmişdir. (X10 və A.Zeynalovanı idarəyə ünvanladığı ərizələrin surətini şikayətə əlavə edilmişdir). 2) X5 uşaq bağçasının işçisi olduğu müddətdə onun əmək və istirahət hüquqları pozulmamışdır və o, hüquqlarının pozulması ilə əlaqədar heç vaxt hər hansı orqana, eləcə də DƏMX-nə yazılı və ya şifahi şikayət etməmişdir. Aybəniz Zeynalova DƏMXnə iş saatının qısaldılmaması ilə əlaqədar deyil, işlədiyi dövrdə xəstəliyi ilə bağlı bülletenə çıxarkən mühasib tərəfindən müavinətin hesablanmaması ilə əlaqədar müraciət etmişdir. Həmin müraciət araşdırılarkən iş saatının bir saat qısaldılmaması faktı aşkar edilmişdir. Sənəddən iş saatının bir saat qısaldırmaması görünsə də, bu formal xarakter daşıyır. Yəni iş saatı 7 saat yazılmaq əvəzinə, formal olaraq (mexanik səhv) 8 saat yazılmışdır. Lakin faktiki olaraq Aybəniz Zeynalovanın iş vaxtı bir saat qısaldılmış, o , faktiki olaraq müvafiq günlərdə bir saat az işləmiş, iş saat tez ayrılmışdır. Bunu özü və bağçanın bütün işçiləri təsdiq edə bilər. İnzibati xəta haqqında protokoldan görünür ki, fakt müəyyən edilərkən müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş sənəd əsas olaraq götürlmüşdür. Aybəniz Zeynalova iş saatının qısaldılmaması, əmək və istirahət rejiminin pozulması barədə idarəyə ərizə və ya izahat verməmişdir. Əgər bu məzmunda şikayət ərizəsi və ya izahat vermiş olsa idi, onun izahatı inzibati xəta haqqında protokolda qeyd edilərdi. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 inzibati tənbehvermə haqqında 08 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X15 şikayəti müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu 110 saylı uşaq bağçasının müdiridir. X5 həmin bağçada aşpaz vəzifəsində işləmişdir. Belə ki, Aybəniz Zeynalova böyrəyindən əməliyyat olduğu üçün bülleten almış və mühasibə təqdim etmişdir. X15 bildirmişdir ki, həmin bülletenin pulu hesablanaraq X3 ödənilmədiyi üçün hər ay bu barədə soruşurdu. Mühasibdən pulu niyə ödənilmədiyi soruşulduqda isə pulu DSMF-nin ödəmədiyini deyirdilər. Bununla da 18 ay gözləmişlər. Daha sonra X16 Nəbizadəyə bildirmişdir ki, bununla bağlı şikayət etmək istəyir. Şikayət verdikdən sonra Əmək Müftəttişliyi 10 gün sonra pulu ödəmişdir. Lakin sonradan İradə Nəbizadəyə məktub gəlib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunmuşdur. Belə ki, 2023-cü ilin 21-22 aprel tarixlərində Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbi pozularaq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılmamış və nəticədə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta törədildiyindən 700 (yeddi yüz) manat məbləğində cərimə olunumuşdur. X15 bunun texniki səhv olduğunu, Aybəniz Zeynalovanın bu barədə heç bir şikayətinin olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 bildirmişdir ki, Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsidən X13 Xidmətinə gələn xx.xx.2024-cü il tarixli məktubdan sonra işlə bağlı araşdırma aparılmışdır. Belə ki, məktubda işçiyə əmək haqqının iyun ayı üzrə tam ödənilməməsi məsələsi qeyd edilmişdir. Lakin işlə bağlı araşdırma aparılarkən müəyyən edilmişdir ki, 20 aprel 2023-cü il tarixdə Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq Ramazan bayramı ilə əlaqədar iş saatı bir saat qısaldılmamış və 8 saat qeyd edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta törədilmiş, əvvəlcə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Aybəniz Zeynalovanın iş saatı 07 mart 2023-cü il tarixdə də bir saat qısaldılmamışdır. Beləliklə, X12 şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbehvermə haqqında 08 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X13 Xidmətinin MN ******* saylı, 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir. 2023-cü ilin 21-22 aprel tarixlərində Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq iş günü hesab edilməyən bayram günlərində və ümumixalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılmamışdır. Bununla da, X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X13 Xidmətinin MN ******* saylı, 08 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, vətəndaş X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir. 2023-cü ilin 21-22 aprel tarixlərində Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq iş günü hesab edilməyən bayram günlərində və ümumixalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılmamışdır. Bununla da, X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələbləri pozulmuş və o, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X10 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X2 izahatının alınmasını və DƏMX Bakı şəhər İdarəsinin müfəttişi X6 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən xahiş etmişdir. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsindən İradə Nəbizadə barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayonu 110 saylı uşaq bağçası işçilərinin maaş cədvəlindən görünür ki, 20 aprel 2023-cü il tarixdə X1 saat işləmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 20 aprel 2023-cü il tarixdə, yəni iş günü hesab edilməyən bayram günündən bir gün əvvəl iş saatı bir saat qısaldılmamışdır. Həmçinin bu səbəbdən əlavə ödənilməli olan əmək haqqı məbləği X3 ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X13 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 08 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı vətəndaş X2 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş X2 əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir. 2023cü ilin 21-22 aprel tarixlərində Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq iş günü hesab edilməyən bayram günlərində və ümumixalq hüzn günü qabağı iş gününün müddəti bir saat qısaldılmamışdır. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələblərini pozduğundan barəsində MN ******* saylı, 08 aprel 2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə, 20 aprel 2023-cü il tarixdə iş saatı bir saat qısaldılmamasına baxmayaraq əlavə əmək haqqı məbləği X3 ödənilməmişdir. Göründüyü kimi X13 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X15 qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 08 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X10 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərədə tutulmuşdur ki, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X15 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 08 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 08 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-950/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-950/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver