Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-959/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Şikayətçinin nümayəndəsi və vəkili X6, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin nümayəndəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş X9 iştirakları ilə, X5 Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 23:42 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Səudiyyə Ərəbistandan ölkəyə qonaq qismində gələn X26 adlı əcnəbi şəxslə gəzərkən Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşmış və şəxsiyyəti təsdiq edən müvafiq sənədlərini onlara təqdim edilməsini xahiş etmişlər. Şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra bölməyə getməli olduqlarını bildirmişlər. Səbəbini soruşduqda ona bildirmişlər ki, küçədə ərəblə gəzmək qadağandır, rəisin təlimatına əsasən ərəblə gəzən hər kəsi tuturlar. İdarədə ona AR İXM-nin 524-cü maddəsinə əsasən 100 manat cərimə olunduğunu bildirmişlər. O, dərhal etirazını bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Nəticədə onun barəsində Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə inspektoru X17 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Lakin cərimə olunmağına dair inzibati qərar ona təqdim edilməmişdir. Bunu şəxsiyyətini alçaltmaq məqsədi ilə atılan qanunsuz addım hesab edir. O, ingilis dilini bilir, müvafiq sertifikatı var və uzun müddətdir ki, bələdçilik və tərcüməçiliklə məşğuldur. Göstərilən əsaslara görə Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə inspektoru X17 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokolu və onun əsasında qəbul edilmiş Səbail rayon Polis İdarəsi 9-cü Polis Bölməsinin sahə rəisi X18 tərəfindən tərtib edilən 16 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili X11, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X17 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə X10 Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsinin tələbini pozduğu üçün barəsində ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X10 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı X7 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində X5 əcnəbi şəxslə gəzdiyini görərək onların ardınca getmişlər. Bu zaman onların pul barədə razılaşdıqlarını eşitmiş və onlara yaxınlaşaraq onların şəxsiyyətini təsdiq edən müvafiq sənədlərini onlara təqdim edilməsini xahiş etmiş və onları Polis Bölməsinə dəvət etmşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı X2 Emil Nadirşah oğlunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, bacı ilə birlikdə tərcüməçi kimi işləyirlər. xx.xx.2022-ci il tarixdə bacı ilə Nizami küçəsində Səudiyyə Ərəbistandan ölkəyə qonaq qismində gələn X26 adlı əcnəbi şəxslə gəzərkən Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşdı və şəxsiyyəti təsdiq edən sənədləri onlara verməklərini tələb etdlər. Şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra bölməyə getməli olduqlarını bildirdilər. Səbəbini soruşduqda ona bildirmişlər ki, küçədə ərəblə gəzmək qadağandır, rəisin təlimatına əsasən ərəblə gəzən hər kəsi tuturlar. X25rı tanışı olmuş, Azərbaycana gəlməmişdən əvvəl aralarında danışıq olmuş, gəldikdən sonra şəhərdə onlara bələdçilik etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə X10 Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsinin tələbini pozduğu üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən Fahişəliklə məşğul olmağa görə -yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş sübutlar əsasında X5 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası İXM-nin 524cü maddəsinin tələblərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İXM-in 524.-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 verdiyi şikayət təmin edilməli və Səbail RPİ-nin 9-cu PB-nin ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X1 barəsində Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-959/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-959/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver