Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-96/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən cərimənin tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəllənin 192.6-cı və 114.1.1-ci maddələri rəhbər tutulmuş və təqsirkar şəxs kimi o, göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin pozulması əvvəldən başlamışdır. Belə ki, o, 10.06.2021ci il tarixinədək "xxxx" MMC-də (sonradan hüquqi şəxsin adı "xxxx" MMC olmuşdur) rəhbər vəzifəsizndə çalışmışdır. "xxxx" MMC-nin təsisçiləri dəyişdikdən sonra o, xəbərdar edilmədən, eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilmədən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Artıq sözügedən şirkətdə işləmədiyi dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Başqa sözlə, onun "xxxx" MMC-də ("xxxx" MMC-də) işləmədiyi dövrdə, tərəfindən vətəndaş X3 əmək hüquqlarını pozmaqla əmək müqaviləsinə qanunsuz xitam verilməsi mümkünsüzdür. Çünki, o, rəhbər vəzifəsindən azad edildiyi səbəbindən Rəhmə Söhbətovanın əmək müqaviləsinə xitam vermək səlahiyyəti olmadığı üçün bunu etməyi mümkün deyil. "xxxx" MMC-nin yeni rəhbəri məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilməli olduğu halda onun barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20.08.2021-ci il tarixli MN ******* nömrəli qərar tam qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Protokol tərtib edilsə də, həmin Protokol və həmin protokol əsasında Qərar qəbul edilsə də qeyd edilən Protokol ona təqdim edilmədiyindən və Qərar çıxarılarkən iştirakı təmin edilmədiyindən o, öz müdafiəsini həyata keçirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Protokol tərtib edilərkən və həmin protokol əsasında Qərar qəbul edilərkən onun iştirakının təmin edilməməsi, onun təqsirinin olmamasını sübut edə bilməməyi ilə nəticələnmişdir. Bundan başqa İXM-nin 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, maddənin tələbindən də göründüyü kimi, barəsində hər hansı bir cərimə tətbiq edə bilməzdi bu baxımdan ki, "xxxx" MMC-də işləmədiyi dövrdə barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərini pozmuş qeyd edilən məsələlər ətraflı araşdırlmadan onun hansı inzibati xəta törədib törətmədiyi məsələsi araşdırmadan və qeyd edilən inzibati xəta ilə bağlı məsuliyyətə cəlb edilə bilməsi məsələsini araşdırmadan nəticədə qanunvericiliyin tələbini pozaraq ədalətsiz qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi öz qərarında inzibati xəta hadisəsi ilə bağlı onu İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini bildirmişdir. Qeyd edilən protokol və Qərar tərtib edilərkən o, dəvət edilməmiş və həmin sənədlərin tərtibində iştirak etməmişdir. Göründüyü kimi o, qeyd olunan protokolun və qərarın tərtib edilməsindən xəbərsiz olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi ona verilmiş hüququndan sui-istifadə edərək qeyd olunan işi ətraflı araşdırılmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi işi araşdırarkən inzibati xəta hadisəsinin nə zaman baş verməsi göstərilmədən, heç bir sübuta əsaslanmadan həmin hadisəsinin təqsirkarı kimi onun təqsirli bilinməyi məsələsini də araşdırıb əsaslandıra bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi, ARİXM-nin 75ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta törətmiş şəxs müəyyən etməsi, həmin maddənin 75.0.3.-si ilə inzibati xəta törətməkdə şəxsin təqsirinin nədən ibarət olduğu müəyyən etməsi olduğu halda qanunvericiliyin bu tələblərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən əməl edilməmiş, həmin maddənin 75.0.6.-si ilə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələsini aydınlaşdırmalı olduğu halda qeyd olunan maddənin tələblərinə əməl etməmişdir. Nəticədə qanunvericiliyin tələbləri pozularaq ədalətsiz qərar qəbul edilmişdir. Qeyd edilən Qərarı 28.12.2021-ci il tarixdə ilə əldə etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən çıxarılmış MN ******* nömrəli 20.08.2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən çıxarılmış MN ******* nömrəli 20.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli 20.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsinə görə 09.08.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1800 (bir min səkkiz yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 əmək müqaviləsinə 10.06.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 61.3.-cii maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş edilmiş olmasından bəhs edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 əmək müqaviləsinə 10.06.2021-ci il tarixdə xitam verilmiş, onun barəsində inzibati tənbeh vermə haqqında qərar 20.08.2021-ci il tarixdə, yəni onun əmək müqaviləsinə xitam verildikdən sonra qəbul edilmiş, lakin inzibati xətanın hansı tarixdə törədilməsi qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-96/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-96/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver