Məhkəmə qərarları › İş №3(009)-96/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-96/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-96/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, 40 il bundan əvvəl etibarnamə ilə satılan VAZ-2101, 10FZ743 nömrəli avtomobili etibarnamə ilə satmışdır. Etibarnamənin vaxtı bitdiyi üçün onun adına cərimələr gəlir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tərtib edilmiş 23 fevral 2023-cü il tarixli, EQ 13256242 nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin Şəxs ünvanlanmış xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə DİN-in BDYPİ-yə ona məxsus olan VAZ-2101 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnaməsiz idarə olunduğu üçün saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsinə ilə bağlı müraciəti icraata daxil olmuş və araşdırma zamanı sözü gedən avtomobil DİN-in BDYPİ-nin mərkəzi məlumat bazasında yoxlanılan zaman məlum olmuşdur ki, həmin avtomobilə axırıncı etibarnamə xx.xx.2021-ci il tarixdə Cəlilabad rayonunun Alar kənd sakini X2 tərəfindən həmkəndlisi X1 verilmiş və həmin etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv olunmuşdur. Sözü gedən avtomobilin saxlanılması istiqamətində əməkdaşlara rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Lakin VAZ-2101 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil bu günə kimi Cəlilabad RPŞ-nin DYPB-nin əməkdaşlarının xidməti ərazisində idarə olunarkən rast gəlinməmişdir. Gələcəkdə həmin avtomobil xidməti ərazidə qanunsuz idarə olunarkən rast gəlinərsə dərhal saxlanılaraq Cəlilabad RPŞ-nin müvəqqəti saxlama duracağına yerləşdiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mülkiyyətçisi olduğu VAZ- 2101 markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləçşdirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs qeyd olunan avtomobili etibarnamə ilə satdığından hazırki inzibati xətanın subyekti ola bilməz. Bununla da, inzibati xəta tərkibinin zəruri elementi olan inzibati xətanın subyekti mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. (İXP 5712977) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar