Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-960/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili X2, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X6 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 23:42 radələrində ünvan 1 ünvanda) bacısı və o Səudiyyə Ərəbistandan ölkəyə qonaq qismində gələn X19 adlı əcnəbi şəxslə gəzərkən Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşmış və şəxsiyyətini təsdiq edən müvafiq sənədlərin onlara təqdim edilməsini xahiş etmişlər. Onlar da öz növbəsində şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişlər. Daha sonra bizə bölməyə getməli olduqlarını bildirmişlər. Səbəbini soruşduqda ona bildirmişlər ki, “xəbəriniz yoxdur? 10 gündür qərar qəbul olunub ki, küçədə ərəblə gəzmək qadağandır, rəisin təlimatına əsasən ərəblə gəzən hər kəsi tuturuq" Təbii ki, onlar bu sözə etiraz etməyə bilməzdilər və nəhayət onları, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə apardılar. İdarə də ona bildirmişlər ki, AR İXM-nin 524-cü maddəsinə əsasən, 100 manat cərimə olunur. O həmin maddənin hansı inzibati pozuntusunu özündə ehtiva etdiyini soruşmuşdur. Ona bildirdilər ki, “fahişəliklə məşğul olma” O dərhal etirazını bildirmiş, lakin heç bir xeyri olmamışdır. Nəticədə, onun barəsində Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə inspektoru X11 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Lakin cərimə olunmağına dair inzibati qərar ona təqdim edilməmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, bu onun şəxsiyyətini alçaldılmaq məqsədi ilə atılan qanunsuz addımdır. O ingilis dilini bilir, müvafiq sertifikatı da var və uzun müddətdir ki, bələdçilik və tərcüməçiliklə məşğul olur. Məgər, ərəblərə bələdçilik, tərcüməçilik etmək fahişəliklə məşğul olma sayılır??? Göstərilən əsaslara görə Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə inspektoru X11 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokolu və onun əsasında qəbul edilmiş Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə rəisi Rzazadə Rəşad Vahid oğlu tərəfindən tərtib edilən 16 may 2022-ci il tarixli, MN N° 1222326 nömrəli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, əvvəlcə qeyd etmək istəyir ki, nə inzibati protokolda nədəki inzibati qərarda onun AR İXM-nin 524-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi əsaslandırılmamışdır. Ümumiyyətlə nə üçün onun, “fahişəliklə məşğul olma” kimi cərimələnmiş olmağı müəmmalıdır. Halbuki, həm inzibati protokolda həm də inzibati qərarda sübut kimi hər hansı bir video və ya foto çəkilişlə əgər belə bir hal var idisə, maddi sübut olaraq qeyd edilməli idi və bu barədə inzibati protokolda da müvafiq qeydiyyat aparılmalı idi. Onu da qeyd edir ki, mübahisəli qərarı Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən ona rəsmi təqdim edilmədiyi üçün, hüquqlarını müdafiə edən vəkil Emin Kiçikbəyovun müvafiq sorğusu əsasında, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 067-10587-1222 saylı məktubla təqdim edilmişdir. Daha sonra, protokola da diqqət yetirdikdə görünür ki, o protokolu imzalamamışdır və eyni zamanda onun protokolu nə üçün imzalayıb- imzalamamağına dair heç bir qeyd aparılmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin 16 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız olaraq tərtib edilmişdir ki, bu səbəbdən də barəsində tərtib etdiyi İXM-nin 524.1-ci maddəsi ilə tərtib etdiyi inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilən 16 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili X8 şikayəti müdafiə edərək həmçinin bildirmişdir ki, X7 və tanışı X19 adlı xarici ölkə vətəndaşı 3 ilə yaxındır ki, tanışdırlar və dostluq münasibətləri var. xx.xx.2022-ci il tarixdə Aysel Nəsirova, Nərmin Nəsirova və həmin xarici vətəndaş restoranların birində əyləşmiş daha sonra isə oranı tərk edərək gəzərkən polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. Belə ki, Aysel Nəsirova həmin şəxsə bələdçilik etmişdir. Şəxs barəsində əsassız olaraq İXM-nin 524-cü maddəsi ilə inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd olunanların nəzərə alınmasını Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X11 şikayətə etiraz edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində ünvan 2 ünvanında polis əməkdaşları tərəfindən X1 xarici ölkə vətəndaşı ilə pul qarşılığında görüşdüyü müəyyən edilmiş, post-patrul əməkdaşları tərəfindən həmin şəxs 9-cu Polis Bölməsinə gətirilmiş və raport əsasında İXM-nin 524-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli MN1373446 nömrəli inzibti xəta haqqında protokol və onun əsasında isə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şəxsin şikayətdə qeyd etdikləri həqiqəti əks etdirmir. Göstərdikləri nəzərə alaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qanuni və əsaslı olduğunu nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri X9 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə çağırışı 6652 saylı avtopatrulda xidmət apararkən gecə 12:00 radələrində Fəvvarələr Meydanında piyada xidmət aparan çağırışı 6646 olan biri efir vasitəsilə Tağıyev küçəsi 19-a çağırışı edərək bildirmişdir ki, xanımlar xarici vətəndaşla pul müqabilində görüşdüyünü aşkar etmiş və həmin xanımlar fahişəliklə məşğul olurlar. Kənardan şəxslərin çəkilisi aparılmış, Aysel Nəsirova xarici ölkə vətəndaşına yaxınlaşaraq nömrə verərək pul müqabilində xidmətlər təklif etmişdir. Aysel Nəsirova demişdir ki, “Mado” restoranına gedirlər, lakin restoranına getmədilər. Aysel Nəsirovanı şəxsən tanımır, həmin şəxs digər polis əməkdaşları tərəfindən saxlanılıb. Aysel Nəsirovanın xarici ölkə vətəndaşına yaxınlaşması videogörüntü ilə qeydə alınıb. Həmin görüntülər polis əməkdaşları tərəfindən qeydə alınmışdır. Şəxslər saxlanılan zaman ərəblər onları tanımadığını bildirmişdir. Daha sonra isə yollarına davam etmişlər. Onlar isə Aysel Nəsirova və Nərmin Nəsirovaya yaxınlaşıb özlərini təqdim etmiş və aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 eyni məzmunlu ifadə verərək X4 qeyd etdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq qeyd etmişdir ki, Aysel Nəsirovanı şəxsən tanımır. xx.xx.2022-ci il tarixdə həmin şəxsin avtopatrul maşını ilə 9-cu Polis Bölməsinə gətirmişlər. ərazidə xidmətdə olan digər polis əməkdaşları Aysel Nəsirovanın fahişəliklə məşğul olması faktını müəyyən etmişlər. Həmin qadın xarici vətəndaşa yaxınlaşıb münasibət qurmaq istəmiş, telefon nömrəsini vermişdir. Saxlanılan zaman orada 2 xarici ölkə vətəndaşı və 2 xanım, yəni Aysel Nəsirova və bacısı olmuşdur. Şəxslər saxlanılan zaman xarici vətəndaş həmin xanımı tanımadığını və 10-15 dəqiqə olar ki arxalarınca düşdüklərini bildirmişdir. Daha sonra xarici ölkə vətəndaşları yollarına davam etmiş. Aysel Nəsirova və bacısı isə 9-cu Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasında təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş X5 xarici vətəndaşa yaxınlaşdığı müəyyən olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş görüntülərə, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X7 tərəfindən inzibati xəta hadisəsi, fahişəliklə məşğul olmadığı halda 100 manat məbləğində cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə X1 həm şikayətində göstərdiyini, həm də nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən fahişəliklə məşğul olmağa görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-960/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-960/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver