Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-963/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş 34/012/009954 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 36AAC430/36EZ576 nömrə nişanlı yük avtomaşını ilə Türkiyə Respublikasına göndərilmiş 1260 kq, 4 ədəd plastikdən məmulat hazırlamaq üçün polad qəlib yükləri **********5675 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin yüklərin emal müddətinin bitməsinə baxmayaraq bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma məqsədilə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış və o izahatında bildirmişdir ki, şirkətin ünvanına Cin Xalq Respublikasından göndərilmiş və usaq oyuncaqlarının hazırlanmasında istifadə olunan 4 ədəd polad qəliblər yükləri şirkət tərəfindən təmirə ehtiyacı olduğu üçün Türkiyə Respublikasına göndərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Bas Gömrük İdarəsinə müraciət olunmuş, həmin müraciətə əsasən qəliblər yükünün xx.xx.2022-ci il tarixədək xaricdə emal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilmiş, lakin gömrük bəyannaməsi malı göndərən şəxsin qəza keçirməsi səbəbindən xaricdə emal gömrük proseduru altında yerləşdirilmiş gömrük bəyannaməsi 1 ay daha gec müddətə verilmiş, xx.xx.2022-ci il tarixdə **********5675 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və ixrac prosesi həyata keçirilmişdir. Daha sonra Türkiyə Respublikasından təmirin müddətinin uzadılması ilə bağlı məktub ünvanlandığı üçün şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixədək müddətin uzadılması barədə xx.xx.2022ci il tarixli məktubla müraciət edilmiş və məktuba Bakı Baş Gömrük İdarəsi tərəfindən blankda ərizənin yazılması barədə cavab verilmiş, lakin həmin cavab məktubu “spam” bölməsinə düşdüyü üçün şirkət cavab məktubu aldığından məlumatlı olmamış, bu səbəbdən də təkrar olaraq blankda müraciət etməmişlər. Yenidən Şəxs MMC Türkiyə Respublikasındakı tərəfdaşı ilə malların nə vaxt geri qaytarılacağını dəgigləşdirdiyində Türkiyə Respublikasından cavab olaraq malın xx.xx.2022-ci il tarixə kimi hələ Türkiyəyə idxalı prosesi başa çatdırılmadığını, belə ki, Türkiyəyə idxal üçün tələb olunan sənədləri tam olmadığına görə xx.xx.2022-ci il tarixinə kimi Türkiyəyə idxal olunmadığını və təmir prosesi başlanmadığını bildirmişlər. **********5675 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal proseduru altında yerləşdirilmiş 4 ədəd gəlib yükünün ölkəyə ən gısa vaxt ərzində (30 iyuna kimi) qaytarılması gözlənilir. Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli xaricdə emal müddətinin uzadılması barədə müraciət ərizəsinə və Bakı Baş Gömrük İdarəsi tərəfindən həmin müraciətə verilmiş cavaba baxaraq müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş müraciət düzgün blank formasında olmadığından həmin müraciətin düzgün blankda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi edilməsi barədə həmin tarixdə şirkətə cavab məktubu göndərilmiş, lakin şirkət tərəfindən yenidən heç bir müraciət daxil olmamışdır. Belə ki, xaricdə emal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********5675 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 4 ədəd polad qəliblər yüklərinin xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər qömrtik prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, törətmiş inzibati xətanı davam etdirmiş və ya uzatmışdır. **********5675 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən 4 ədəd polad qəliblər yükünün ümumi dəyəri 001 nömrəli, xx.xx.2022-ci il tarixli invoys sənədinə əsasən 4800 ABŞ dolları yəni 8160 (səkkiz min yüz altmış) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 protokola etiraz edərək, şirkətin ünvanına Çin Xalq Respublikasından göndərilmiş və uşaq oyuncaqlarının hazırlanmasında istifadə olunan 4 ədəd polad qəliblər yükləri şirkət tərəfindən təmirə ehtiyacı olduğu üçün Türkiyə Respublikasına göndərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş, həmin müraciətə əsasən qəliblər yükünün xx.xx.2022-ci il tarixədək xaricdə emal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilmiş, lakin gömrük bəyannaməsi malı göndərən şəxsin qəza keçirməsi səbəbindən xaricdə emal gömrük proseduru altında yerləşdirilmiş gömrük bəyannaməsi 1 ay daha gec müddətə verilmiş, xx.xx.2022-ci il tarixdə **********5675 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və ixrac prosesi həyata keçirilmişdir. Daha sonra Türkiyə Respublikasından təmirin müddətinin uzadılması ilə bağlı məktub ünvanlandığı üçün şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixədək müddətin uzadılması barədə xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmiş və məktuba Bakı Baş Gömrük İdarəsi tərəfindən blankda ərizənin yazılması barədə cavab verilmiş, lakin həmin cavab məktubu “spam” bölməsinə düşdüyü üçün şirkət cavab məktubu aldığından məlumatlı olmamış, bu səbəbdən də təkrar olaraq blankda müraciət etməmişlər. Əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Plast Men” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “X3 Ticaret Limited” şirkətinin məktubundan görünür ki, təmir üçün göndərilən qəlibərin təmiri bitmədiyi üçün razılaşdırılan müddətdə göndərilə bilməyəcəyi və təmirin 20 maya qədər tamalanması bildirilir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022 tarixində Xaricdə Emal gömrük proseduruna uyğun olaraq **********5675 nömrəli gömrük bəyannaməsi ilə Türkiyə Respublikasına plastik məmulatların istehsalında istifadə olunan polad qəliblər təmir məqsədi ilə göndərilmişdir. Həmin qəliblərin təmiri üçün xx.xx.2022-ci ilə kimi icazə alınmışdır. Lakin onlardan aslı olmayan səbəblərdən Türkiyədə təmir vaxtında yekunlaşmamışdır. Təmirin yekunlaşmağının gecikməsi ilə bağlı Türkiyədə təmiri həyata keçirən “X3 Ticaret Limited” şirkətindən məktub daxil olmuşdur. Məktublarında təmiri 20 maya kimi yekunlaşdıracaqlarını qeyd edirlər. **********5675 nömrəli gömrük bəyannaməsinə əsasən həyata keçirilmiş Xaricdə Emal gömrük prosedurunun müddətini xx.xx.2022-ci il tarixinə kimi uzadılmasına icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan “X3 Ticaret Limited” şirkətinin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 005 saylı müqaviləyə əsasən təmir üçün göndərilən qəlibərin razılaşdırılan müddətdə göndərilə bilməyəcəyi, malların Türkiyədə gömrük əməliyyatları uzandığından məhsulların gömrükdən çıxarılması gecikdirilmiş, təmir müddəti uzandığından təmiri tamalanmamışdır. Təmirin 30 iyuna kimi tamamlanmasına zəmanət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. İş materiallarından aydın görünür ki, təmir üçün göndərilən qəlibərin təmiri bitmədiyi üçün “X3 Ticaret Limited” şirkəti tərəfindən vaxtında göndərilə bilməmiş və bunu təmiri aparan “X3 Ticaret Limited” şirkətinin xx.xx.2022-ci il tarixli məktubu təsdiq edir. Bu gecikmə malın emal edilməsi qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC -nin əməlində inzibati xəta tərkibinin olması aşkar edilmir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 497-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel
Məhkəmə qərarları › İş №3(009)-963/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-963/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver