Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-964/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Rusiya Federasiyasından “Tulçinka.Ru” şirkəti tərəfindən 99VZ142/99ZG142 nömrə nişanlı yük avtomaşınında 42701 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində 16475 kq (qablaşdırılmış səkilə) bəyan edilən yağ yükünə xx.xx.2022-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından yağ yükün netto çəkisinin 654 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası"na əsasən malların miqdar uçotu beynəlxalg ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına gədər onun ayrılmaz hissəsi olan qablasdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən “Tulçinka nişanlı bitki-piy qarışıqlı yağ” yükünün netto çəkisinin 16475 kq deyil, 17129 kq olduğu, yəni 654 kq artıq (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün X1 şöbəsinə 34/013/010015 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/010803 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən yağ yükünün netto çəkisinin 16475 kq deyil, 17129 kq olduğu, yəni 654 kq artıq olduğu təqdirdə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği ƏDV üzrə 488.31 manat təşkil edəcəkdir. Şəxs MMC tərəfindən **********7459 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 488.31 (dörd yüz səksən səkkiz manat otuz bir qəpik) manat gömrük ödənişi ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 488.31 manat (dörd yüz səksən səkkiz manat otuz bir qəpik) məbləğində yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının “Tulçinka.Ru” şirkətindən 99VZ142/99ZG142 nömrə nişanlı yük avtomaşınında “Tulçinka” markalı yağ yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş, qeyd edilən mallar Şəxs MMC tərəfindən sifariş edilmiş, MMC-yə məxsusdur, idxal edilən mallar Şəxs MMC və Rusiya Federasiyasının “Tulçinka” şirkəti arasında bağlanmış 01/22-01 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında sifariş edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilmiş, şirkət tərəfindən idxal edilmiş mallar göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin mallara dair **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, göndənilmiş mal-müşayiət sənədlərində yağ yükünün netto çəkisi 16475 kq göstərildiyindən qeyd edilən çəki bəyannamədə öz əksini tapmış, malların netto çəkisi gömrük orqanına 16475 kq bəyan edilmişdir. **********7459 saylı ilk gömrük bəyannaməsindən görünür ki, ödənilən ödəniş 12843.59 manat, eyni saylı yeni gömrük bəyannaməsindən görünür ki, ödəniş 13403.44 manatdır, yəni əlavə olaraq 559.85 manat ödəniş edilmiş, ödəniş gömrük orqanı tərəfindən qəbul olunmuş və malları buraxılmışdır. Barələrində ilk dəfə protokol tərtib edilməsini, vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Rusiya Federasiyasından AZ1003, ünvan 2 ünvanında qediyyatda olan Şəxs MMC-nin adına daxil olmuş və **********7459 nömrəli, xx.xx.2022-ci i! tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixində Xocəsən gömrük postunda gömrük baxışı həyata keçirilmişdir. Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən gömrük orqanına təqdim olunmuş **********7459 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “Tulçinka nişanlı bitki-piy qarışıqlı yağ” yükünün netto çəkisinin 654 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 488.31 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Şəxs MMC tərəfindən hesablara əvvəlcədən köçürülmüş pul vəsaitlərinin dövriyyəsi barədə məlumatın 30-cu bəndindən görünür ki, **********7459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri tam ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən inzibati xəta nəticəsində vurulmuş ziyan Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barədində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-964/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-964/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver