Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-971/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İş materiallarında olan İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, VAZ 2101 minik markalı, 10FZ743 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1958-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs yol hərəkəti qaydasını pozmasına görə barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbehi tətbiqetmə haqqında EQ 14056329 saylı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanuni əsaslar olmadan icra etməmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs VAZ 2101 minik markalı, 10FZ743 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyini, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə müraciət etdiyini, həmin müraciətin araşdırılması üçün Cəlilabad Rayon Polis Şöbəsinə göndərildiyini bildirdi. 13 may 2023-cü il tarixli 3-13-71/2-9- 172xx/xx/2023-2 nömrəli Cəlilabad Rayon Polis Şöbəsinin məktubunu məhkəməyə təqdim edərək, avtomobilin başqa şəxs tərəfindən idarə edildiyini və hazırki inzibati xətanın onun tərəfindən törədilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin Şəxs ünvanlanmış məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə AR DİN-in BDYPİ-yə ona məxsus olan VAZ 2101 markalı 10FZ743 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsiz idarə olunduğu üçün saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsi ilə bağlı müraciəti icraata daxil olmuş və araşdırma zamanı sözü gedən avtomobil AR DİN-in BDYPİ-nin mərkəzi məlumat bazasında yoxlanılan zaman məlum olmuşdur ki, həmin avtomobilə axırıncı etibarnamə xx.xx.2021-ci il tarixdə Cəlilabad rayonunun Alar kənd sakini X2 tərəfindən həmkəndlisi X1 verilmiş və həmin etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv olunmuşdur. Sözü gedən avtomobilin saxlanılması istiqamətində əməkdaşlara rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Lakin VAZ 2101 markalı 10FZ743 dövlət qeydiyyat nişanlı avtomobil bu günə kimi Cəlilabad RPŞ-nin DYPB-nin əməkdaşlarının xidməti ərazisində idarə olunarkən rast gəlinməmişdir. Gələcəkdə həmin avtomobil xidməti ərazidə qanunsuz idarə olunarkən rast gəlinərsə dərhal saxlanılaraq Cəlilabad RPŞ-nin müvəqqəti saxlama duracağına yerləşdiriləciyini və Şəxs məlumat veriləcəyi bildirilmişdir. Göründüyü kimi, VAZ 2101 minik markalı, 10FZ743 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs idarə etməmişdir və həmin nəqliyyat vasitəsinin saxlanılması ilə əlaqədar Daxili işlər Nazirliyinin Baş Dövtət Yol Polisi İdarəsinə müraciət etmişdir. Belə olan halda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində isə göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə onun barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-971/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-971/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver