Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-979/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin 26 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin 26 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 il tarixdə saat 16:58-də Bakı şəhər DYPİ Müşayət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X1 rayonu Azneft dairəsi adlanan ərazidə sərnişin daşıma qaydalarının pozulması halına yol verdiyimi əsas gətirərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında İXP ******* saylı elektron protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin aidiyyəti DYP idarə və şöbələrinin əməkdaşları, dövlətimiz tərəfindən ən son texniki avadanlıqlarla təhciz olunduğuna görə, şifahi vətəndaş məlumatı əsasında protokol tərtib edilməsi zərurəti aradan qalxmışdır. Hüquqlarını bilən vətəndaş olaraq, yol patrul xidməti inspektorundan, idarə etdiyi nəqliyyat vasitəsində öndə əyləşən sərnişinin yaşını özünün müəyyən etməsini tələb edən zaman, o öndə əyləşən sərnişinə ad soyad ata adının və neçə yaşı olduğunu sual vermiş öndə əyləşən sərnişin isə təbii ki, əgər yol patrul xidməti inspektorunun şübhələrinə əsasən azyaşlıdırsa və öndə əyləşməyə hüququ çatmırsa, valideyn icazəsi olmadan suala cavab verə bilməzdi. Belə olan təqdirdə həmin sualı ona ünvanlayaraq, öndə əyləşən sərnişinin ad soyad ata adının və neçə yaşı olduğunu ondan soruşdu. O, da yaş olaraq, şərti bir rəqəm dedi. O, tabesizlik göstərdiyini və əraziyə dəstək çağıracağını bildirərək təhdid etməyə başladı. Həmçinin saxladığı andan xidməti çəkiliş apardığını bildirdi. Halbuki o çəkilişi saxlayan zaman yox ona etirazlarını bildirəndən sonra etməyə başladı. Hətta sonda kinayə ilə “buda mənim döş nişanım qaqaş şikayət edəndə sənə lazım olacaq yaxşı yaxşı bax” dedi. Son olaraq ona öndə əyləşən şəxsin ad soyadını bildirdi və tələb etdimki, əlində olan elektron vasitə ilə həmin şəxsin məlumatlarını tapsın, o isə belə şəxsin olmadığını bildirdi və məhz yalnış məlumat əsasında müvafiq protokolu tərtib etdi. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində tərtib edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayətini müdafiə edərək, onun təmin olunmasını və 26 mart 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 26 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Honda Accord minik markalı 10UD066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin 26 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin 26 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-979/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-979/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver