Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-982/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 02 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 02 mart 2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:40 radələrində “Chevrolet Cobalt LTZ minik” markalı, **- YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəməyə inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş məhkəməyə natamam şəkildə təqdim edildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola əlavədən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cobalt LTZ minik” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və alt hissələri əzilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 2/616 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin gün sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.. Göründüyü kimi qanunvericilik yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasını ehtiva edir. Hazırki işdə isə dəymiş zərərin məbləğini müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə “Chevrolet Cobalt LTZ minik” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi göstərilsə də, hadisə nəticəsində dəymiş maddi zərərin miqdarını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş və dəymiş maddi zərər sübuta yetirilməmişdir. Belə olan halda vurulmuş zərərin miqdarı müəyyən edilmədən inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 02 mart 2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-982/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-982/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver