Məhkəmə qərarları › İş №3(009)-984/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-984/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-984/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Qərarında şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 30 may 2022-ci il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 30 may 2022-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X10 Eldar izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə 5 saylı xətt üzrə **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Hökumət Evinin yanında Mercedes minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtobusu arxa hissədən vurmuşdur. Dərhal 102 xidmətinə və sığorta şirkətinə zəng vurmuşdur. Hadisə yerinə gələn DYP əməkdaşları X4 təqsirli bilmiş və barəsində protokol tərtib edilmişdir. Qərar 2 gün ərzində ona təqdim edilməli olduğu halda, DYP tərəfindən qərar ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Hadisədə onun heç bir təqsiri yoxdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 30 may 2022-ci il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X8 17 may 2022-ci il tarixdə saat 19:45 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsinin kəsişməsində hərəkət edərkən manevr qaydasına riayət etmədən sağa hərəkət edib, təhlükəsizliyi təmin etmədiyindən onunla eyni istiqamətdə hərəkət edən Mersedes-Benz E200 minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgü və yan hissəsini zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsində aparılmış inzibati araşdırma zamanı Bakı şəhəri DYPİ YNH üzrə inspektoru polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən sürücü X8 barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Yol nəqliyyat hadisəsi zamanı tam və hərtərəfli obyektiv araşdırma aparıldıqdan sonra İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati araşdırma zamanı izahatı alınmış Ziya Qasımova hüquq və vəzifələri izah edilmiş bunu qəbul edib imza etmişdir. Belə ki, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində hərəkətdə olduğu zaman Z.Əliyeva küçəsindən sağa dönərkən arxasında olan Mersedes-Benz **-ZC-*** markalı nəqliyyat vasitəsi onunla ara məsafəsi saxlamayıb idarə etdiyi BMC Avtobusun arxası qarşı tərəfin sağ yan güzgüsünə və qapısına dəyib. Hadisə zamanı xəsarət alan olmayıb, hadisə sutkanın qaranlıq saatında olmayıb. Avtomaşına 100 manat ziyan dəymişdir. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Vİİ hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin maddənin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Maddənin tələbindən göründüyü kimi mexaniki nəqliyyat vasitəsinin sürücüsü X8 17 may 2022-ci il tarixdə saat 19:45 radələrində Bakı şəhəri Azadlıq prospekti- Z.Əliyeva küçəsinin kəsişməsində BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasına riayət elmədən sağa hərəkət edib təhlükəsizliyi təmin etmədiyindən onunla eyni istiqamətdə hərəkət edən Mersedes- Benz E200 minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgü və yan hissəsini zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin faktiki hallarından məlum olur ki, BMC PROCİTY 12M AVTOBUS markalı 99-JZ- 338 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ziya Qasımov sağa dönərkən YHHQ- nın 42-ci maddəsinin Vİİ və Vİİİ hissələrinin tələblərinə əməl etməyərək hərəkət təhlükəsizliyinə riayət etmədən manevr etmə qaydasını pozaraq yol nəqliyyat hadisəsinin törədilməsinə səbəbkar olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər" videomüşahidə kamerası vastəsi ilə qeydə alınmışdır, həmin görüntülərdən də müəyyən olunur ki, X8 BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsinin kəsişməsində hərəkət edərkən manevr qaydasına riayət etmədən sağa hərəkət edib təhlükəsizliyi təmin etmədiyindən onunla eyni istiqamətdə hərəkət edən Mersedes- Benz E200 minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgü və yan hissəsini zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. İşin faktiki halları ilə yanaşı inzibati araşdırma zamanı iş üzrə toplanmış (izahatlar, YNH sxemi, protokol) sübutlar əsasında düzgün olaraq X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərardan görünür ki, 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, Z.Əliyeva küçəsinin kəsişməsində X7 idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətlə hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X3 izahatından görünür ki, 17 may 2022-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsində sağa dönərkən arxasında olan Mersedes-Benz E200 minik markalı **-ZC-*** markalı nəqliyyat vasitəsi ara məsafəsi saxlamamış və idarə etdiyi BMC avtobusun arxası qarşı tərəfin sağ yan güzgüsüə və qapısına dəymişdir. İş materiallarında olan X2 izahatından görünür ki, 17 may 2022-ci il tarixdə saat 19:45 radələrində Bakı şəhəri Azadlıq prospekti ilə Ü.Hacıbəyov küçəsi tərəfdən ikinci zolaqla hərəkət edərək Z.Əliyeva küçəsində dönərkən ondan sağda onunla eyni istiqamətdə hərəkət edən BMC markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus sağa dönərkən hərəkət zolağından çıxıb onun hərəkət zolağına keçmiş və avtomobilin sağ güzgü və yan hissəsini zədələmişdir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, X8 Bakı şəhəri, Azadlıq prospekti, Z.Əliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən hərəkət təhlükəsizliyinə riayət etmədən manevr etmə qaydasını pozmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 17 may 2022-ci il tarixdə idarə etdiyi BMC markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Azadlıq prospekti, Z.Əliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci və 8-ci hissələrinin tələbinə riayət etməmiş və həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasının X9 tərəfindən pozulması həm izahatlarla, həm də qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və onun rəsmiləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 30 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətçi şikayət ərizəsində minik maşınının avtobusu arxa hissəsindən vurduğunu bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X3 əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi DYPİnin 30 may 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin 30 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar