Məhkəmə qərarları › İş №3(009)-984/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-984/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-984/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı , M Ü Ə Y Y Ə N E T D İ M: X1 barəsində tərtib edilmiş İXP ******* saylı protokola xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati tənbeh vermə haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati tənbeh vermə haqqında qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar öz əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyi məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq barəsində qərar çıxarılmış fiziki şəxs inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli və həmin qərarın surəti şikayətə əlavə edilməlidir. Lakin şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş 31 mart 2024-cü il tarixli İXP ******* saylı protokolu əlavə etsə də, Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş 31 mart 2024-cü il tarixli İXP ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi Səbail Rayon, M.Üseynov 33 küçəsində qeydə alınmışdır. Belə olan halda işə Səbail Rayon Məhkəməsində və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə mübahisələndirilən qərar əlavə edilmədiyindən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129-cu, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 31 mart 2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə yenidən müraciət etmək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar