Məhkəmə qərarları › İş №3(009)-985/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-985/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-985/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə 5 saylı xətt üzrə **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Hökümət evinin yanında olarkən “Mitsubishi Pikap” minik markalı nəqliyyat vasitəsi qəfl avtobusun arxa hissəsindən çıxan zaman avtobusu vurmuşdur. O dərhal 102 xidmətinə və sığorta şirkətinə məlumat vermişdir. Hadisə yerinə gələn DYP əməkdaşı məni təqsirli bildi. Mən təkid etsəmdə mənə kamera göstər, subut etmək vəzifəsi sizindir. Ancaq heç bir kamera göstərmədən mənə protokol yazdı. Bildirmək istəyir ki, qanunvericiliyin tələbinə əsasən qərarı ona 2 gün verilməli olduğu halda, DYP tərəfindən 2 ay aydan sonra xx.xx.2022-ci il tarixdə onun təkidindən sonra qərar təqdim olunmuşdur. Hesab edir ki, hadisədə onun təqsiri yoxdur. Qeyd olunanlara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Z.Əliyeva Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən manevr qaydasına riayət etmədən sağa hərəkət edib, təhlükəsizliyi təmin etmədiyindən arxa sol yan hissəsi ilə Mıtsubıshi L200 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsində aparılmış inzibati araşdırma zamanı Bakı şəhəri DYPİ MEB YPX baş inspektoru polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən sürücü X5 barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Bildirir ki, yol nəqliyyat hadisəsi zamanı tam və hərtərəfli obyektiv araşdırma aparıldıqdan sonra İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati araşdırma zamanı izahatı alınmış Ziya Qasımova hüquq və vəzifələri izah edilmiş bunu qəbul edib imza etmişdir. Belə ki, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Azadlıq sağa Z.Əliyeva quru havada asvalt örtükdə sıxlıqda dönərkən arxa sol yan hissəsi Mıtsubıshi **-VA-*** toqquşub. 50 nəfər olublar. Bədən xəsarəti yoxdu yalnız maddi ziyan var, qarşı tərəflə spirtli içki qəbul etməyiblər. İzahatı özü yazmış əlavəsi yoxdur doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolla razı olduğunu bildirmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin maddənin Vİİİ-ci hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Maddənin tələbindən göründüyü kimi mexaniki nəqliyyat vasitəsinin sürücüsü X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsinin kəsişməsində BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasına riayət etmədən sağa hərəkət edib təhlükəsizliyi təmin etmədiyindən arxa sol yan hissəsi ilə Mıtsubıshi L200 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin faktiki hallarından məlum olur ki, BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsüZiya Qasımov sağa dönərkən YHHQ-nın 42-ci maddəsinin Vİİ-ci və Vİİİ-ci hissələrinin tələblərinə əməl etməyərək hərəkət təhlükəsizliyinə riayət etmədən manevr etmə qaydasını pozaraq yol nəqliyyat hadisəsinin törədilməsinə səbəbkar olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasənyol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” videomüşahidə kamarası vastəsi ilə qeydə alınmışdır, həmin görüntülərdən də müəyyən olunur ki, X5 BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iləBakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsinin kəsişməsində hərəkət edərkən manevr qaydasına riayət etmədən arxa sol yan hissəsi ilə Mıtsubıshi L200 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Hesab edir ki, işin faktiki halları ilə yanaşı inzibati araşdırma zamanı iş üzrə toplanmış (izahatlar, ynh sxemi, protokol) sübutlar əsasında düzgün olaraq X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında X1 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 şikayəti müdafiə edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Z.Əliyeva Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Z.Əliyeva Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2022-ci il tarixli izahatına əsasən xx.xx.2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Azadlıq sağa Z.Əliyeva quru havada asvalt örtükdə sıxlıqda dönərkən arxa sol yan hissəsi Mıtsubıshi **-VA-*** toqquşub. 50 nəfər olublar. Bədən xəsarəti yoxdu yalnız maddi ziyan var, qarşı tərəflə spirtli içki qəbul etməyiblər. İzahatı özü yazmış əlavəsi yoxdur doğruluğunu imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Z.Əliyeva Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Z.Əliyeva Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla, inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi və izahatlarla kifayət qədər sübuta yetirilmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin maddənin Vİİİ-ci hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Maddənin tələbindən göründüyü kimi mexaniki nəqliyyat vasitəsinin sürücüsü X5 04 may 2022-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri Azadlıq prospekti-Z.Əliyeva küçəsinin kəsişməsində BMC PROCİTY 12M AVTOBUS markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasına riayət etmədən sağa hərəkət edib təhlükəsizliyi təmin etmədiyindən arxa sol yan hissəsi ilə Mıtsubıshi L200 minik markalı **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələyərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti Qaydalarına riayət etmək, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin 19 may 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar