Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-987/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X2 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 09-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon 09-cu PB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qararla razı deyildir, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş protokolda və həmin protokol üzrə qəbul edilmiş qərarda qeyd edilir ki, guya o, xx.xx.2022-ci il tarixdə gecə vaxtı ictimai yerda səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Bununla əlaqədar bildirir ki, o, xx.xx.2022 ci il tarixdə dostları ilə birlikdə Nizami küçəsində dayanmışlar. Həmin vaxt post-patrul əməkdaşı onlara yaxınlaşıb bildirmişdir ki, onlardan şikayət vardır. Buna görə onlar 102-yə zəng etmiş və özlərindən bizdən şikayət olub-olmaması ilə maraqlanmışlar. Onlardan şikayət olmamış, lakin bildirmişlər ki, lakin post-patrul yaxınlaşıbsa bölməyə getməlisiniz. Onlar da bölməyə getmişlər. Bölmədə üç saata kimi onları saxlamışlar. Sonradan barələrində protokol tərtib etmişlər ki, guya onlar səs-küy salmışlar. Əslində onlar heç bir səs-küy etməmişlər, polis özü onlara 23.50 radələrində yaxınlaşmışdır, izahata polis məmurunun dediklərini yazmışlar, sonradan ona məlum olub ki, onları cərimə etmişlər. Tərtib edilmiş protokola o, razı olmamağı barədə bildirmişdir. Lakin əsassız olaraq onu cərimə etmişlər. Ona nə protokolun sürəti təqdim edilmiş və nə də cərimə barədə məlumat verilməmişdir. O, dəfələrlə tələb edəndən sonra qərarın surətini ona xx.xx.2022-cil tarixdə vermişlər. Biidirir ki, barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar düzgün tərtib edilməmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Bundan başqa barəsində tərtib edilmiş protokoldan şikayət etsə də, yoxlama aparılmamış və xəbəri olmadan elə həmin gün də barəsində qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti müdafiə edərək Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X4 şikayətə etiraz edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:50 radələrində Ə.Əlizadə küçəsində 7 nəfər şəxsin səs-küy salması barədə bölməyə məlumat daxil olmuşdur. Növbətçi hissə tərəfindən post-patrul xidmətinin əməkdaşları xəbərdar edildikdən sonra həmin şəxslər bölməyə dəvət olunmuş və barələrində Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsi vətəndaşların müraciəti əsasında müəyyən edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar həmin şəxslərin iştirakı ilə tərtib edilmişdir. Odur ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Ə.Əlizadə küçəsində səs-küyə yol verilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qeyd etməyi zəruri hesab edir ki, X3 tərəfindən inzibati xəta hadisəsi - küçələrdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmadığı təqdirdə buna görə 200 manat məbləğində cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə X1 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 200 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİnin 9-cu PB-nin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-987/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-987/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver