Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-99/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 18625,00 ABŞ dolları vəsaiti 05 yanvar 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18625,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 06 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC və "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli ZLH20201215 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli invoys üzrə 18625,00 ABŞ dolları "xxxx" şirkətinə ödənilmişdir. Ölkə daxilində pandemiya ilə əlaqədar olaraq, şirkət malları vaxtında istehsal etməmişdir və bu da çatdırılmada yubanmalara səbəb olmuşdur. Sonra, xammalların qiymətinin kəskin artması nəticəsində, müştəri ilə əvvəl razılaşdırılmış müqavilə qiymətini təyin edə bilməmişlər. Bundan başqa, əməkdaşlıq etdikləri şin zavodu ətraf mühitin mühafizəsinin yoxlanılması səbəbindən uzun müddət işləri dayandırmışdır. Bununla belə, X6 bu il erkən keçirildiyi üçün, zavodda işçilər məzuniyyətə getmişdir. Beləliklə, bu malları müştəri üçün bütün işçilər işə qayıdan zaman yəni 25 fevral 2023-cü il tarixində istehsal etməyə başlayacaqdır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən 18625,00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə “Zhejiang Chouzhou Commercial Bank Co. LTD” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Şirkətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixli ZLH20201215 saylı müqavilə üzrə ölkə daxilində pandemiya ilə əlaqədar olaraq, şirkət malları vaxtında istehsal etməmişdir və bu da çatdırılmada yubanmalara səbəb olmuşdur. Sonra, xammalların qiymətinin kəskin artması nəticəsində, müştəri ilə əvvəl razılaşdırılmış müqavilə qiymətini təyin edə bilməmişlər. Bundan başqa, əməkdaşlıq etdikləri şin zavodu ətraf mühitin mühafizəsinin yoxlanılması səbəbindən uzun müddət işləri dayandırmışdır. Bununla belə, X6 bu il erkən keçirildiyi üçün, zavodda işçilər məzuniyyətə getmişdir.Beləliklə, bu malları müştəri üçün bütün işçilər işə qayıdan zaman yəni 25 fevral 2023-cü il tarixində istehsal etməyə başlayacaqdır, bu malları müştəriyə istehsala başladıqdan sonra 6 ay ərzində göndərəcəklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC və "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli ZLH20201215 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli invoice üzrə 18625,00 ABŞ dolları "xxxx" şirkətinə ödənilmişdir. Lakin 2021-ci ildə ölkə daxilində pandemiya ilə əlaqədar olaraq, şirkət malları vaxtında istehsal etməmişdir və bu da çatdırılmada səbəb olmuş, nəticədə müqavilə üzrə vəsait hesabına alınan mallar hazırki vaxtadək ölkəyə idxal edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, müqavilə üzrə qeyd edilən malların qanunvericiliklə müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal edilməməsi “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi ilə bağlı deyil və həmçinin hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən obyektiv cəhət, həmçinin subyektiv cəhət şəxsin əməlində yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən müqavilə tərəflərinin (Şəxs MMC və "xxxx" arasında bağlanmış xx.xx.2020-ci il tarixli ZLH20201215 müqavilə üzrə) hər hansı təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan hərəkət və ya hərəkətsizliyinin olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-99/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-99/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver