Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-992/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət verən şəxs X4, Səbail rayon Polis idarəsinin X12 Şöbəsinin inspektoru polis kapitanı Nümayəndə iştirakları ilə, X4 Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024-cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024-cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Səbail RPİ-nin X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6438889 saylı qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 80 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında qərarla razı deyil. Belə ki, xx.xx.2024 il tarixdə saat 18:30 radələrində Lökbatan dairəsinə yaxın ərazidə olan yol ayrıcında idarə etdiyi Hyundai Sonata 77AT793 qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən Range Rover markalı 77AR056 qeydiyyatlı maşın yol hərəkəti qaydalarını pozaraq maşınına toxunaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədə oonun qəti olaraq heç bir təqsiri yoxdur. Təqsir 77AR056 qeydiyyatlı Range Rover markalı maşındadır, belə ki, o, STOP nişanın tələbinə əsasən dayanmalı və onun yol ayrıcını keçməyini gözləməli idi, lakin o gözləməyib hərəkətə davam etdiyi üçün hadisə baş verdi. Hadisə yerinə Paşa Sığortanın əməkdaşları da gəlib hadisədə təqsiri olmadığını qeyd etmişlər. X9 Qanununun tələblərinə əsasən yol ayrıcında üstünlük hüququ ona məxsusdur. Hadisənin videogörüntüsünə baxılacağı təqdirdə təqsirinin olmadığı tam sübuta yetiriləcəkdir. Video görüntü ilə bağlı Səbail DYPŞ-yə müraciət etməyinə baxmayaraq onlar əsassız bəhanələr gətirərək TŞ vasitəsilə çəkilmiş videogörüntülər ona təqdim edilmədi. Bununla da həmin inzibati xəta hadisəsində təqsiri yoxdur. Bundan başqa inzibati protokolla razılaşmadığı halda protokol əsasında qərar qəbul etmək adı ilə qərarı qəbul etmiş Elnur Rəhimov adlı inspektor onu aldadaraq protokola imza etdirmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, heç bir araşdırma aparılmadan həmçinin hüquqları kobud pozulmaqla qəbul edilmiş Səbail RPİ-nin X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6438889 saylı qərarı ləğv edilməlidir. Səbail RPİ-nin X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6438889 saylı qərarı saylı qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 80 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024-cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail rayon Polis idarəsinin X12 Şöbəsinin inspektoru polis kapitanı Nümayəndə tərtib etdiyi protokolu müdafiə edərək qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən tərtib edilmiş 08 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 05 aprel 2024-cü il tarixdə saat 18:30-da Səbail rayonu, Salyan şossesi, Sədərək dairəsi istiqamətində X5 “Hyundai Sonata minik” markal 77AT793 dövlət qeydiyyat nömrəli avtomobil ilə yol ayrıcın keçmə qaydasını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel TP6438889 saylı 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, 77AT793 və 77AR056 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin sxemdən görünür ki, 77AR056 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X3 yaşıl rəngli siqnalını rəhbər tutaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, 77AT793 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X5 77AR056 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcın keçmə qaydasını pozmuş və nəticəsində iki nəqliyyat vasitəsinin toqquşması baş vermişdir. Məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. X9 Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin İ-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X4 əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 77AT793 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X1 yaşıl rəngli siqnalına hərəkət edən 77AR056 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol vermədiyindən yol ayrıcın keçmə qaydasını pozmuş və nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024-cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Səbail Rayon Polis İdarəsinin X12 Şöbəsinin 25 aprel 2024-cü il tarixli TP6438889 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-992/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-992/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver