Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-992/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Nümayəndə1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarla barəsində İXM-nin 192.1-ci maddəsi ilə barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 manat cərimə olunmuşam. Qərarla razı deyiləm. Tikiş fabriki açarkən dərzilərin işə götrülməsi üçün elan vermişdir. Dərzilər işə götürülərkən onların bacarıqlarını yoxladıqdan sonra işə götürüdü. Ola bilsin ki, X9 da həmin adamların arasındadır. Dərziləri müsabiqəyə dəvət etmişdir. Lakin həmin şəxs işə qəbul edilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 53.1,-ci maddəsinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin qəbul etdiyi MN1808979 nömrəli xx.xx.2025-cİ il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X19 izahatında bildirmişdir ki, işçi əmək müqaviləsi olmadan işə götürülmüşdür. Bu barədə işçi şikayət etmişdir ki, 2 ay işlədilmiş və 850 manat maaş verilmişdir. Həmin şirkətdə rəsmi qaydada işləyən iki nəfər işçi izahat verərək etiraf etmişlər ki, X9 həqiqətən 2 ay işləmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbehvermə haqqında 10 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış Nümayəndə1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, vəzifəli şəxs Nümayəndə1 X6 ünvan 1 ünvanında yerləşən “A Glamur“ Modalar evində xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə dərzi vəzifəsi üzrə cəlb edilmişdir. Bu fakt həmin müəssisədə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək çalışmış X10 və xx.xx.2024-cü il tarixədək çalışmış X2 şahidliyi ilə təsdiq edilmişdir. Bununla da, Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuş və o, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X4 xx.xx.2024-cüü il tarixli ərizəsindən görünür ki, oktyabr ayının 22-dən “A Glamur“ Modalar evində işə girmişdir. Əmək müqaviləsi bağlanmamış, 1 ay sonra bağlanacağı deyilmişdir. Ona 1000 manat maaş söz verilmişdir. 2 ay işləmiş və 500 dollar (850 manat) pul vermişlər. Qalanını Aygün adlı köməkçisinin verəcəyini demişdir. Müdirin adı Nümayəndə1dir. “A Glamur“ Modalar evində işləyən 20 nəfər işçinin yarısına qədəri müqaviləsiz işləyirlər. Dekabr ayının 9-u 3 nəfərə Nümayəndə1 demişdir ki, gedin evə 1 həftədən sonra çağıracam gələrsiniz. Çağırmasa, özünüzə iş axtarın. Nə özü, nə köməkçisi zənglərə cavab vermir. Qalan 1150 manat məvacibin alınmasına kömək edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, “A Glamur“ Modalar evində “dərzi” vəzifəsində çalışmışdır. Şahidlik edir ki, X9 22 oktyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək “A Glamur“ Modalar evində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə № 067 əmrdən görünür ki, “Moda evi” bölməsində “dərzi” vəzifəsində işləyən X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş X5 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdən “A Glamur“ Modalar evində “dərzi” vəzifəsində çalışmışdır. xx.xx.2024cü il tarixdə işdən azad olunmuşdur. Şahidlik edir ki, X9 22 oktyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək “A Glamur“ Modalar evində dərzi vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə № 068 əmrdən görünür ki, “Moda evi” bölməsində “dərzi” vəzifəsində işləyən X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nümayəndə1 tərəfindən X9 22 oktyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X13 Xidməti Bakı şəhər idarəsinin 10 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı vətəndaş X4 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1 Afaq Fəxir qızı tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Fakt “A Glamur“ Modalar evində “dərzi” vəzifəsində işləmiş X8 və X5 izahatları əsasında təsdiq edilmişdir. Göründüyü kimi X13 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, Nümayəndə1 qanun pozuntusuna yol vermişdir. Ona görə də 10 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, Nümayəndə1 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Nümayəndə1 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 10 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nümayəndə1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 10 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-992/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-992/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver