Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-994/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 275.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xətalara dair iş üzrə material, baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 24 aprel 2024-cü il tarixdə tərtib edilmiş 00100-00975/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 nömrəli, xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında” qərar əsasında İran İslam Respublikasından “X11 Co” MMC (VÖEN: **********) ünvanına 95AD803/95AD804 nömrəli nəqliyyat vasitəsi ilə, 102/211 saylı, xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş və **********8729 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş polietilen əsaslı torbalara xx.xx.2024-cü il tarixdə “İpək yolu” gömrük postunun 1 saylı anbarında baxış keçirilmiş, baxış nəticəsində 5311 kq lan üzərində “Banafsheh” sözləri yazılmış ümumi brutto çəkisi 5311 kq olan sellofan paketlər digər mallardan ayrıldı və həmin malların qalınlığını müəyyən etmək üçün X2 İdarəsinə üzərində “Banafsheh” sözləri yazılmış 4(dörd) növdə sellofan paket nümunə təqdim edilmişdir və bu barədə xx.xx.2024-cü il tarixdə mallara “baxış keçirilməsi və götürmə haqqında” Protokol tərtib olunmusdur.Təqdim edilmiş üzərində “Banafsheh” sözləri yazılmış 4(dörd) növdə sellofan paketlərin tədqiqatı nəticəsində X2 İdarəsinin GM**********21 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə sasən “X11 Co” MMC tərəfindən **********8729 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 102/211 nömrəli xx.xx.2024-cü il tarixli invovsun 1-ci mövqeyi üzrə idxal olunan yük: “Bananfsheh” adlı qalınlığı 16 mikron (0.016 mm), polietilen tərkiblitorba “Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torba “Bananfsheh” adlı qalınlığı 16 mikron (0.016 mm), polietilen tərkibli torba “Bananfsheh” adlı qalınlığı 86 mikron (0.086 mm), polipropilen tərkibli torba “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ saylı Qanunun, Azərbaycan Respublikasının 564-İİQ saviı xx.xx.2003-cü il tarixli “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısının təsdiq edilməsi haqqında” Qanunun rəsir dairəsinə aid edilmir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik aarısdırıcı çubuq, cəngəl, qasıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və va verilməsi qadağandır. Aparılan araşdırma zamanı tərcüməçinin iştirakı ilə 95AD803/95AD804 nömrəli nəqliyyat vasitəsinin sürücüsü, İran İslam Respublikasının vətəndaşı X4 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, 20 (iyirmi) ildir sürücü işləyirəm, “Azar Zamin” nəqliyyat şirkətində isə 2 (iki) ilə yaxın müddətdir işləyirəm, sonuncu dəfə qeyd edilən yük avtomaşınında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına “X11 Co” MMC-nin ünvanına yük gətirmiş, həmin mallar idarə etdiyi 95AD803/95AD804 nömrə nişanlı yük avtomaşınına yüklənən zaman malların texniki ölçüləri barədə məlumatı olmur, lakin malların nədən ibarət olması, həmin malların Azərbaycan Respublikasında hansı şirkətə gətirəcəyi barədə nəqliyyat şirkəti ona məlumat verir. “X11 Co” MMC-nin ünvanına gətirdiyi torbalar və streclər yükü 95AD803/95AD804 nömrə nişanlı vük avtomaşınına İran İslam Respublikasında yerləşən Biləsuvar şəhərində yüklənmişdir. İran İslam Respublikasında yerləşən Biləsuvar şəhərində ona həmin sənədlər transport şirkəti olan “X5 Transport Co.LTD” tərəfindən verilmişdir, mallar nəqliyyat vasitəsinə yüklənən zaman orada iştirak etmiş, çünki transport şirkəti tərəfindən yüklənən malların hansı mallardan ibarət olacağı əvvəlcədən ona bildirilmişdir, ümumiyyətlə, mallar yüklənən zaman yüklənən mallardan əlavə hər hansı bir qeyri-qanuni malın maşına yüklənməsinin qarşısını almaq üçün özü yükləmədə iştirak edir, qeyd edilən mallar yüklənib qutardıqdan sonra transport şirkətinə məlumat vermişdir. Transport şirkəti tərəfindən yüklü vəziyyətdə İran İslam Respublikasının Biləsuvar gömrüyünə getməyi bildirildi, həmin gömrükdə növbə olduğundan və Azərbaycan Respublikasında bayram olduğundan təqribən 12-13 gün gözləməli oldum, xx.xx.2024-cü il tarixdə də İran İslam Respublikasının Biləsuvar gömrüyünü və Azərbaycan Respublikasının “Biləsuvar” Gömrük İdarəsini keçərək Azərbaycan Respublikasına daxil oldum və təyinatı üzrə “İpək yolu” gömrük postuna gəldim, gətirdiyim mallar xx.xx.2024-cü il tarixdə “İpək yolu” gömrük postunda 1-ci anbara boşaldıldı, mallara iki gömrük əməkdaşının, “X11 Co” MMC-nin nümayəndəsinin, əlavə tanımadığı iki nəfərin iştirakı ilə baxış keçirildi, lakin o, baxışda iştirak etmədi, çünki yükü gətirdiyi şirkətin nümayəndəsi artıq orada idi. Həmçinin “X11 Co” MMC-nin qanuni təmsilçisi, Azərbaycan Respublikasının vətəndaşı X1 da izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, xx.xx.2019-cu ildən Bakı səhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan “X11 Co” MMC-nin (VÖEN.**********) qanuni təmsilisidir, qanuni təmsilçisi olduğu “X11 Co” MMC qablaşdırma məhsullarının yerli istehsalçılardan alışını, idxalını, daha sonra həmin məhsulların daxili bazarda topdan və va pərakəndə satışını həyata keçirir, işin mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə "X11 Co” MMC-nin ünvanına İran İslam Respublikasının “X9 Darva Co” şirkətindən 95AD803/95AD804 nömrə nişanlı yük avtomaşınında polietilen əsaslı torbalar və streclər yükü daxil olmuşdur, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********8729 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, ödənişləri həyata keçirilmişdir, həmin mallar "X11 Co” MMC və İran İslam Respublikasının “X9 Darya Co” şirkəti arasında bağlanmış 29 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında idxal edilmişdir, 95AD803/95AD804 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər qabaqcadan tam şəkildə həyata keçirilmişdir, bu barədə yalnız X2 idarəsinin rəyindən sonra məlumatı olmuşdur, əgər həmin malların qadağan olunmuş malların siyahısına aid olduğunu bilsəydi, həmin malları Azərbaycan Respublikasına idxal etməzdi, gömrük qaydalarının pozulduğunu etiraf edir və qanunda nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazırdır. Belə bir halın gələcəkdə bas verməməsi üçün müvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən faktla bağlı X2 İdarəsinin GM**********21 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsinin 1.2-ci bəndidə qeyd olunan “Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbaların çəkisini müəyyən etmək zərurəti yarandığından 16 aprel 2024-cü il tarixində saat 14:00-da “İpək yolu” gömrük postunun 8-ci anbarında hal şahidlərinin, “X11 Co” MMC-nin qanuni təmsilçisinin və gömrük əməkdaşının iştirakı ilə həmin mallara baxış keçirilmiş, baxış nəticəsində X2 İdarəsinin GM**********21 nömrəli xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsinin 1.2-ci bəndidə qeyd olunan "Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbalar tərəzidə çəkilmiş və X2 İdarəsinin GM**********21 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsinin 1.2-ci bəndidə qeyd olunan “Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbaların çəkisinin 1571 kq olduğu müəyyən olunmuşdur və bu barədə “mallara baxış keçirilməsi haqqında” Protokol tərtib olunmuşdur. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı səhəri, Səbail rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan "X11 CO” MMC tərəfindən iran İslam Respublikasından 95AD803/95AD804 nömrə nişanlı yük avtomaşınında 102/211 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədinin 1-ci mal mövqeyi üzrə idxal edilmiş 1571 ka “Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbalar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Bunun nəticəsində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə görə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər: 25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri; 25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı; 25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği. 25.4. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 25.8. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
75. inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibi olduğuna görə 1571 kq "Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbalar müsadirə olunmaqla Şəxs MMC 3000 (üç min) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ :
Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibi olduğuna görə 1571 kq "Bananfsheh” adlı qalınlığı 14 mikron (0.014 mm), polietilen tərkibli torbalar müsadirə olunmaqla Şəxs MMC 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM: AZƏR TAĞİYEV