Məhkəmə qərarları › İş №3(009)-995/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-995/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-995/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, 22 noyabr 2022-ci il tarixində idarə etdiyi 90OU889 dövlət qeydiyyat nişanlı “Mazda 3 minik” avtomobili ilə səhər saat 10:20 radələrində Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən zaman avtomobili Hökümət evinin sol tərəfindəki küçədə 3-5 dəqiqəlik saxlamaq məcburiyyətində qalmışdır. Bu zaman ərzində YPX əməkdaşı olan polis serjantı tərəfindən onun barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2. - 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması maddəsinə görə- 60 (altmış) manat (3 bal cərimə balı) məbləğində inzibati xəta törətdiyi üçün məsuliyyətə cəlb edilmişdir. Qeyd etmək lazımdır ki, həmin yerdə iki və daha çox yol hərəkəti nişanları - 3.27 Dayanmaq qadağandır, 3.1 Giriş qadağandır, 4.1.3 Sola hərəkət və 2.4 Yol verin nişanları bir-birlərini təkzib edirlər. “Dayanmaq qadağandır” işarəsi qoyulmuş yolda demək ki, hərəkət etmək lazımdır bu zaman “Giriş qadağandır” işarəsi nə üçündür sualını yaradır. Sözü gedən yerdə 15-dən artıq avtomobillərin dayandığını görmüş, yol kəsişməsində olan nişanların köhnə vaxtlardan qaldığını düşünmüş və Hökümət evinin giriş qapısındakı polisdən qısa zamanda sənəd götürüb qayıdacağını düşünərək həmin yerdə avtomobili saxlamışdır. Polis nümayəndəsi həmin yol kəsişməsində olan nişanların hansı standartlarla və qaydalarla quraşdırılması barədə məlumat verə bilməmişdir. Yol kəsişməsində nişanları birini təkzib etməsi onların səlahiyyətində olmadığını bildirmişdir. Bu bu cür yol nişanlama işlərində baş vermiş uyğunsuzluqların aradan qaldırılmasında sürücüdən çox yol polisi əməkdaşı maraqlı olmalıdır. Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək bildirmişdir ki, 22 noyabr 2022-ci il tarixində idarə etdiyi 90OU889 dövlət qeydiyyat nişanlı “Mazda 3 minik” avtomobili ilə Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən zaman Hökümət evinin sol tərəfindəki küçədə 3-5 dəqiqəlik saxlamaq məcburiyyətində qalmışdır. Bu zaman YPX əməkdaşı ona yaxınlaşaraq barəsində İXP ******* saylı protokol tərtib etmişdir. “Dayanmaq qadağandır” işarəsi qoyulmuş yolda demək ki, hərəkət etmək lazımdır bu zaman “Giriş qadağandır” işarəsi nə üçündür sualını yaradır. Sözü gedən yerdə 15-dən artıq avtomobillərin dayandığını görmüş, yol kəsişməsində olan nişanların köhnə vaxtlardan qaldığını düşünmüş və Hökümət evinin giriş qapısındakı polisdən qısa zamanda sənəd götürüb qayıdacağını düşünərək həmin yerdə avtomobili saxlamışdır. Həmin zaman o qayda pozuntusu törətməmişdir. Həmin yolda iki nişan- “Giriş qadağandır” və “Dayanmaq qadağandır” nişanları qoyulmuşdur. Bu iki nişan bir-birini təkzib edir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, həmin istiqamətdə “Giriş qadağandır” nişanı qoyulmuşdur. Həmin yola digər istiqamətdən daxil olmaq mümkündür. Orada nişanlar arasında heç bir ziddiyət yoxdur. X1 22 noyabr 2022-ci il tarixində idarə etdiyi 90OU889 dövlət qeydiyyat nişanlı “Mazda 3 minik” avtomobili ilə Üzeyir Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq Hökümət Evinin qarşısında avtomobili saxladığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 22 noyabr 2022-ci il tarixində saat 11:11 radələrində idarə etdiyi “Mazda 3” minik markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Üzeyir Hacıbəyli 81a küçəsi hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq Hökümət evinin qarşısında avtomobili saxladığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 22 noyabr 2022-ci il tarixində saat 11:11 radələrində idarə etdiyi “Mazda 3” minik markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq Hökümət evinin qarşısında avtomobili saxladığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 10 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Bakı şəhəri, Üzeyir Hacıbəyli 81a küçəsi hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq Hökümət evinin qarşısında avtomobili saxlayaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 10 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar